AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Məlumat üçün Müraciət [Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Yuxarı Qarabağ iqtisadi zonalarının seçilmiş icmalarında icma əsaslı infrastruktur layihələri ] (EWMI)

 Duration: 03.05.2018 - 15.05.2018

 

Şərq-Qərb İdarəetmə İnstitutu, Inc. / Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri

Məlumat üçün Müraciət

Buraxılış tarixi: 03 may 2018

Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Yuxarı Qarabağ iqtisadi zonalarda qeydiyyatda olan və tikinti fəaliyyətilə məşğul olmaq üçün qanunvericiklə nəzərdə tutulmuş müvafiq lisenziyalara/icazələrə malik tikinti təşkilatlarının nəzərinə

Şərq-Qərb İdarətmə İnstitutu Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) çərçivəsində  Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Yuxarı Qarabağ iqtisadi zonalarının seçilmiş icmalarında icma əsaslı infrastruktur layihələri həyata keçirməyi planlaşdırır. SEDA proqramının məqsədi icmalar tərəfindən müəyyən olunan infrastruktur layihələrinə dəstək vermək və proqramın əhatə etdiyi regionlarda sosial iqtisadi inkişaf prioritetlərini və proqramları müəyyən etmək üçün tərəfdaşların iştirakını gücləndirməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına töhvə verməkdir.  

Şərq-Qərb İdarəetmə İnstitutu  Aran, Gəncə-Qazax, Quba-Xaçmaz, Şəki-Zaqatala, Lənkəran və Yuxarı Qarabağ iqtisadi zonalarında  fəaliyyət göstərən tikinti təşkilatları haqqında məlumat əldə etmək üçün 18 may 2018-ci il saat 11:00 da İmişli şəhəri H.Əliyev prospekti 88 ünvanında yerləşən ofisdə görüş keçirməyi planlaşdırır.

Görüşdə iştirak etmək üçün yuxarıda qeyd olunan iqtisadi zonalarda fəaliyyət göstərən tikinti təşkilatlarının rəhbərlərindən xahiş olunur ki, təmsil etdikləri təşkilatın nümayəndəsinin görüşdə iştirakını 15 may 2018-ci il saat 17:00 dək aelyazov@ewmi-seda.org elektron poçt ünvanına bildiriş göndərməklə təsdiq etsinlər.

Hər hansı sualınız olarsa, (+99412) 598 46 14 nömrəsinə zəng edərək Əli Elyazovla əlaqə saxlaya bilərsiniz.

 

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS