AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - “ Quba rayonu, Əlibəyqışlaq icmasında Texniki Su Təminatının Yaxşılaşdılılması ” layihəsi üzrə tender elan edir. (EWMI)

 Duration: 07.09.2020 - 09.10.2020

 

 

TENDER ÜÇÜN MÜRACIƏT (TÜM) № 2020-008

Buraxılış tarixi: 7 sentyabr 2020 

Şərq-Qərb İdarəetmə İnstitutu, Azərbaycanda həyata keçirdiyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) tərəfindən maliyyələşdirilən, Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində “Quba rayonu,  Əlibəyqışlaq icmasında Texniki Su Təminatının Yaxşılaşdılılması”  İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

 

İş və materialların təsviri, həmçinin “Quba rayonu,  Əlibəyqışlaq icmasında Texniki Su Təminatının Yaxşılaşdılılması” layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A.  Tender İştirakçıları üçün Təlimatlar

Qoşma B.  Təqdimat məktubu

Qoşma C. Material və əməyin təsviri

Qoşma D. Layihənin texniki təsviri (ehtiyac olduqda əlavə qoşmalar təqdim oluna bilər )

Qoşma E. Son üç ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyət növləri

 

 

(Bu əlavələri elektron ünvandan yükləmək və  ya bu elektron unvandan seda@ewmi-seda.org əldə edə bilərsiniz.)

Tenderdə iştirak etmək üçün uyğunluq tələbləri:

Maraqlı şirkətlər qiymət təklifi ilə birlikdə tələblərə uyğun olan aşağıdakı sənədləri təqdim etdikləri təqdirdə təkliflər nəzərə alınacaqdır:

 

  • Qeydiyyat sənədləri;
  • Qiymət təklifi verənin (İddiaçı)  tam adı, hüquqi statusu nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə;(Qoşma B)
  • Bank rekvizitləri; (Qoşma B)
  • Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanından arayış (arayış təqdim edilmədiyi təqdirdə, təşkilat tenderdən kənarlaşdırılacaqdır);
  • Vergi dərəcəsi (2%, 4% və ya 18%) haqqında arayış;
  • SEDA Layihəsinə qiymət təklifi verən təşkilatların layihənin icrası üçün tələb olunan bütün lisenziya və icazə sənədləri olmalıdır;
  • Təqdim olunan qiymət təkliflərinin etibarlılıq müddəti minimum 60 (altmış) gün olmalıdır. Zəhmət olmasa Qoşma C-nin müvafiq bölməsində aydın qeyd edəsiniz;
  • İddiaçının son (12 ay) bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;
  • İddiaçının son 3 illik təcrübəsində icra etdiyi fəaliyyətin siyahısı - göstərilmiş dəyərdə oxşar layihə yerinə yetirməsi haqda sənədi; (Qoşma E)
  • Əvvəlki layihələrin mənfəətçilərindən (imzalanmış, möhürlənmiş, əhəmiyyətli və müsbət) rəy/arayış (3 arayışın təqdim edilməsi vacibdir);
  • İddiaçı şirkətin tender təklifi üçün müvafiq əmlak və işçi heyətinin siyahısı.

 

QEYD:

Qalib podratçıya SEDA-dan məlumat-bildiriş aldıqdan sonra bank zəmanəti əsasında müvafiq olaraq təsdiqlənmiş büdcənin 50% -i məbləğində avans ödəniləcəkdir.  Bu icbari qayda bütün qalib podratçılara tədbiq ediləcəkdir. Avans ödənişi müqavilə imzalandıqdan sonra həyata keçiriləcəkdir.

 

Qiymət təklifinin təqdim olunması:

Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Orijinal” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün  Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir. Zərflərin üzərində  “TÜM-2020-008” qeyd olunmalıdır.

Tender iştirakçılarından xahiş olunur ki, “Tender iştirakçıları üçün təlimatlara” (Qoşma A) xüsusi diqqət versinlər və orada qeyd edilmiş tələb olunan sənədləri təqdim etsinlər. Tələb olunan sənədlərdən hər hansı biri təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.

Bütün təkliflər poçt, kuryer xidməti və yaxud  əlbəəl ofisə gəlməklə 9 oktyabr 2020-ci il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:

ŞQİİ/SEDA

ŞQİİ/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Bəşir Səfəroğlu küçəsi, 133A SAT Plaza 13-cü mərtəbə

Bakı, AZ1009

 

Gec təqdim olunan təkliflər, və telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur.

Təmir/tikinti sahəsinə səfər:

Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).

 

Qiymət təklifi zərflərinin açılışı:

Qiymət təklifi zərflərinin açılışı 12 oktyabr 2020-ci il tarixdə saat 12:00-da ŞQİİ-SEDA-nın Bakı ofisində keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

 

Suallarınızı yazılı şəkildə mövzü:

“TÜM-2020-008” qeyd etməklə seda@ewmi-seda.org  elektron ünvanına 14 sentyabr saat 9:00 kimi ünvanlaya bilərsiniz. Cavablar 15 sentyabr saat 17:00  kimi cavablandırılacaq və email vasitəsilə göndəriləcək.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS