AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Satış və Marketinq Departamentinin Müdiri (Kaspi)

 Duration: 14.08.2018 - 31.08.2018

 

“Kaspi” Təhsil Şirkəti Satış və Marketinq Departamentinin Müdiri vəzifəsi üçün vakansiya elan edir.


Minimum vakansiya tələbləri:

 

  • Ali təhsil (Xaricdə təhsil arzuolunandır);
  • Müvafiq sahə üzrə 5 illik iş təcrübəsi;
  • Rəhbər vəzifələrdə 2 illik iş təcrübəsi;
  • Azərbaycan və İngilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı (Rus dili üzrə biliklər arzuolunandır);
  • Təşkilati və analitik bacarıqlar;
  • Danışıqlar aparma, fərdi söhbət və problem həlletmə bacarıqları;
  • Müvafiq kompyuter proqramlarından istifadə bacarığı.


Əsas vəzifə öhdəlikləri:

  • Satış və Marketinq Departamenti ilə bağlı bütün fəaliyyəti istiqamətləndirmək və idarə etmək, habelə bütün xidmət standartlarına riayət edilməsini təmin etmək.
  • Satış və Marketinq Departamentinin əməkdaşlarının fəaliyyətini idarə etmək və effektiv şəkildə həyata keçirilməsinə nəzarət etmək.
  • Departamentin illik büdcəsini müəyyənləşdirmək və təsdiq üçün rəhbərliyə təqdim etmək, büdcənin planlaşdırılmış qaydada istifadəsinə nəzarət etmək.
  • Marketinq araşdırmalarının və rəqabət strategiyalarının hazırlanmasını təşkil etmək.
  • Brendinq siyasətini aparmaq, brend təşəbbüslərini hazırlayıb rəhbərliyə təqdim etmək.
  • Şirkətin mövqeyini gücləndirmək məqsədi ilə PR kampaniyalarını təşkil və idarə etmək, onları ölçmək və qiymətləndirmək.
  • Seqment fəaliyyəti planlarının işlənib hazırlanması üçün təklif və istiqamət vermək.
  • Reklam kanallarının araşdırılmasını və effektiv idarə olunmasını təmin etmək.
  • Mətbuat, biznes tərəfdaşları və müvafiq dövlət qurumları ilə səmərəli əməkdaşlıq münasibətlərinin qurulmasını və inkişaf etdirilməsini təmin etmək.
  • Yeni layihələr və yeni məhsullarla bağlı təkliflər hazırlayıb rəhbərliyə təqdim etmək.
  • Aylıq, rüblük və illik satış hədəflərini müəyyənləşdirmək, onların həyata keçirilməsini təmin etmək və izləmək.
  • Hər hansı həvəsləndirici satış proqramlarını araşdırmaq, tətbiq etmək və idarə etmək.
  • Satış və marketinq tədbirlərində iştirak etmək və tələb olunduğu halda Şirkəti təmsil etmək.
  • Şirkətin dizayn məhsullarının hazırlanması prosesini idarə etmək və nəzarət etmək.
  • Satış və Marketinq Departamentinin fəaliyyəti ilə bağlı müvafiq hesabatları hazırlamaq və rəhbərliyə təqdim etmək.

İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş Ofisi (Ünvan: Xocalı pr. 86)

Elan tarixi: 13.08.2018

Son müraciət tarixi: 31.08.2018

 

  • Əgər siz yuxarıda qeyd olunan səriştə və təcrübəyə maliksinizsə və bizimlə əməkdaşlıq etmək istəyirsinizsə, "CV"-nizi emailin mövzu hissəsində vakansiyanın adı göstərilməklə cv@kaspi.edu.az email ünvanına göndərməyiniz xahiş olunur.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS