AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Gəncə şəhər Filialı/Gənclərə Qayğı üzrə məsləhətçi (SOS)

 Duration: 22.02.2020 - 26.02.2020

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə Şəhər filialına Gənclərə Qayğı layihəsinə

 

MƏSLƏHƏTÇİ 

 

   vəzifəsinə iş elanı verir:

Gənclərə Qayğı (oğlanlar üçün) Layihəsi gənclərin müstəqil həyata hazırlanmaları üçün lazımi bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyət göstərir.  Gənclərə Qayğı məsləhətçisinin əsas vəzifəsi layihədən faydalanan gənclərin cəmiyyətə uğurlu inteqrasiyasının təmin edilməsinə dəstək göstərməkdir. 

 

PROFİLİNİZ:

 

  • Pedaqogika, psixologiya və ya sosial iş sahəsində ali təhsil;
  • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi;
  • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
  • Sosial və təşkilati bacarıqlar;
  • Stressə davamlılıq;
  • Komandada işləmək istəyi və bacarığı;
  • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
  • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
  • Əlavə Peşəyönümlü təhsil (Təlim, seminarlar);
  • Kompüter biliyi (MS Office);
  • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

 

VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

 

  • Gənclərə təhsil seçimi və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;
  • Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək;
  • Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
  • Gənclərin asudə vaxtlarının təşkil etmək.

 

İŞ ŞƏRTLƏRİ:

 

  • Ərazi – Gəncə şəhəri;
  • 500-550 AZN (vergilər daxil) əmək haqqı;
  • Növbəli iş rejimi;
  • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

 

TƏKLİFİMİZ:

 

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.

Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 26 Fevral 2020-ci il tarixədək “Gəncə şəhər Filialı/Gənclərə Qayğı üzrə məsləhətçi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.

 

Əlaqə nömrəsi: 055 227 47 25

 

Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS