AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Layihə Rəhbəri (LGA Public Union)

 Duration: 10.03.2020 - 17.03.2020

 

İş Elanı/BVET

 

Vəzifə:

Layihə Rəhbəri

İş yeri:

Bakı

Son müraciət tarixi:

17.03.2020

Müqavilənin növü:

Əmək müqaviləsi

Müqavilənin müddəti:

17 ay

 

Ümumi məlumat

 

«Yerli İdarəetməyə Yardım» İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Bərdə Peşə liseyinin modernləşdirilməsi`` layihəsini həyata keçirir. Layihənin əsas məqsədi Avropa standartları və təcrübəsinə uyğun olaraq Bərdə Peşə Liseyində peşə təhsili və təliminin modernləşdirilməsidir. Layihə Azərbaycan hökumətinin elan etdiyi iqtisadiyyatın şaxələndirilməsi, regionların iqtisadi inkişafı və peşə təhsilinin keyfiyyətinin yaxşılaşdırılması kimi prioritet məqsədlərini dəstəkləyir və “Azərbaycanda Peşə Təhsili və Təliminə Avropa İttifaqının Dəstəyi” texniki dəstək proqramına tamamlayıcı rol oynayır.

YİY layihənin icrasını AR Təhsil İnstitutu, AR Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası və Estoniyanın əsas peşə məktəblərindən biri olan Jarvarmaa Kutshariduskeskuse (JKHK) ilə tərəfdaşlıqda həyata keçirir. Layihə həmçinin Azərbaycan Respublikasının Peşə Təhsili üzrə Dövlət Agentliyi  ilə yaxından əməkdaşlıq edir.

Layihənin əsas təsiri Bərdə və ətraf rayonlarda (Ağdam, Tər-Tər, Yevlax, Ağcabədi, Beyləqan, Goranboy və Ağdaş) yaşayan gənclərə rəqabət və bazar bacarıqları aşılayan modernləşdirilmiş peşə məktəbinin qurulması olacaqdır. Layihənin xüsusi vəzifələri aşağıdakılardan ibarətdir:

ï        BPL-in institusional və idarəetmə sisteminin yaradılması

ï        Tələb və nəticə yönümlü kurrikulum hazırlamaq

ï        BPL-in davamlı fəaliyyəti üçün maliyyə resursları müəyyənləşdirmək və səfərbər etmək

ï        BPL rəhbərliyi, müəllimlər və təlimçi ustaların texniki bacarıqlarını təkmilləşdirmək

ï        Mövcud infrastruktur və maddi texniki bazanın modernləşdirilməsinə töhfə vermək

ï        BPL-in yerli qabaqcıl təcrübə mərkəzi kimi tanıdılması

Layihə BPL-in modernləşdirilməsinə vahid yanaşma prinsipini əsas alır. Buraya idarəetmədə təkmilləşmə, müəllim və təlimçi ustaların bilik və bacarıqlarının artırılması, yeni kurrikulumun hazırlanması, emalatxana və sinif otaqlarının yaxşılaşdırılması, yeni maliyyə mənbələrinin müəyyənləşdirilməsi və icmada BPL-in yaxşı imicinin formalaşdırılması aiddir. Layihə bütün maraqlı tərəflərin, özəl sektorun, dövlət qurumlarının və yerli icmanın cəlb olunmasını təşviq edir.

Layihə bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə Estoniyada uğurlu fəaliyyət göstərən peşə məktəbini (JKHK) nümunə məktəb kimi cəlb edir. JKHK BPL-də peşə təhsilinin modernləşdirilməsinin müxtəlif aspektləri ilə bağlı öz təcrübəsini və biznes modelini BPL ilə paylaşacaq.

 

İşin təsviri

Layihə rəhbəri - Layihə Direktorunun tapşırıqları əsasında komandanın idarə olunması, fəaliyyətlərin vaxtında və dəqiq şəkildə yerinə yetirilməsinə cavabdehlik, görülən işlərlə bağlı müntəzəm olaraq layihə direktorunu məlumatlandırması kimi işlərin yerinə yetirilməsindən məsuldur.

 

Vəzifə və öhdəlikləri

➢  Layihənin Bərdə ofisinin ümumi işlərinə rəhbərlik edir;

➢  Keçirilən görüş və tədbirlərdə layihəni təmsil edir;

➢  Partnyorlarla əməkdaşlıq yaradır və inkişaf etdirir;

➢  Bərdə ofisinə işçi komandasını işə qəbul edilməsi ilə bağlı təkliflər verir;

➢  Regionlarda layihənin səmərəli keçirilməsi üçün aidiyyatı dövlət orqanları ilə işgüzar əlaqələr

➢  yaradır, inkişaf etdirir;

➢  Bərdə ofisində fəaliyyət göstərən işçi komandasının işinə rəhbərlik edir;

➢  Regionda layihənin dövri olaraq monitorinqini aparır.

 

Tələb olunan bacarıq və təcrübə

➢  İdarəetmə sahəsində təhsil;

➢  Layihə idarəçiliyi sahəsində ən az 3 illik iş təcrübəsinin olması;

➢  Mükəmməl  ünsiyyət qurma, komandanı idarəetmə bacarığının olması;

➢  Azərbaycan və İngilis dillərini mükəmməl bilməli;

➢  MS Office proqramlarında səlis işləmək bacarığı.

 

 

Müraciətlərin qəbulu

Zəhmət olmasa, CV`nizlə yanaşı İşə olan marağı ifadə edən məktubu (Motivation Letter) və                     İddia etdiyiniz əmək haqqı məbləğini office@lga.az ünvanına göndərin. Məktub göndərərkən Mövzu (Subject) hissəsinə elan edilmiş vakant vəzifənin adını (Layihə Rəhbəri) qeyd etməyi unutmayın.             Ancaq seçilmiş namizədlər müsahibəyə dəvət ediləcəkdir.  



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS