AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Təşviqat videosunun hazırlanması üzrə ekspert (LGA Public Union)

 Duration: 03.09.2020 - 17.09.2020

 

Təşviqat videosunun hazırlanması üzrə ekspert üçün

Elan

 

Ərazi:

Qub, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran 

Müraciət üçün son tarix: 

17.09.2020

Müqavilə növü:

Xidmət müqaviləsi

Xidmətin müddəti:

14 iş günü

 

Layihə haqqında:

Yerli İdarəetməyə Yardım İctimai Birliyi Avropa İttifaqının maliyyə dəstəyi ilə Kənd və Regional

İnkişafa Dəstək proqramı çərçivəsində “İcma-Əsaslı Aqroturizmin Kənd Yerlərinin İnkişaf

Strategiyası olaraq Təşviqi” layihəsini həyata keçirir. Layihənin əsas məqsədi 8

rayonda (Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran) icma əsaslı

aqroturizmi inkişaf etdirmək və kənd təsərrüfatı ilə turizm sektoru arasında əlaqələri gücləndirməklə

iqtisadi şaxələnmə və iş yerlərinin yaradılmasını sürətləndirməkdir. 


Layihənin əsas hədəf qruplarına icmalarda aqroturizm/turizm sektorunda maraqlı olan kiçik sahibkarlıq təsərrüfatları və MKOSlar, gənclər, işsiz yetkin insanlar, bələdiyyə və digər yerli dövlət idarələri və qeyri-hökümət təşkilatlarının nümayəndələri daxildir. Layihə, hədəf rayonlarda ümumi iqtisadi və sosial inkişafa töhvə verəcək və icmaları yeni gəlir əldə edilməsi və məşğulluq imkanları ilə təmin edəcək.


Layihənin xüsusi məqsədləri:


  1. Kənd təsərrüfatı üzrə sahibkarların inkişafına dəstək göstərmək
  2. Kənd təsərrüfatı iştirakçıları arasında klasterlərin yaradılması və təşviq edilməsi
  3. Kənd təsərrüfatı məhsullarını şaxələndirmək və marketinq yanaşmalarını inkişaf etdirmək
  4. Aqroturizmdə gənclərin və yetkin insanların məşğulluğunu və sahibkarlıq bacarıqlarını karyera vasitəsilə inkişaf etdirmək
  5. Aqroturizmdə dövlət-özəl əməkdaşlığını davamlı yerli inkişaf strategiyası kimi inkişaf etdirmək.

.

İşin təsviri:

Layihə çərçivəsində Quba, Qusar, Xaçmaz, Şabran, Siyəzən, Salyan, Cəlilabad, Lənkəran rayonlarında “Yerli İdarəetməyə Yardım İctimai Birliyi” tərəfindən daha öncədən müəyyənləşdirilmiş Fermer Təsərrüfatlarında ümumilikdə 10 təşviqat videosu çəkiləcək. Təşviqat videoları hədəf Aqroturizm təsərrüfatları arasında seçiləcək 10 təsərrüfat üçün hazırlanacaq. Videolar qısa müddət ərzində təsərrüfatların mövcud xidmət potensialını tanıtmaq məqsədi ilə hazırlanacaq. Videolar çəkildikdən sonra, sosial media səhifələrində, yerli və xarici turizm saytlarında və təşkilatın internet səhifəsində paylaşıla bilinməsi üçün hazır hala gətiriləcəkdir. Təşviqat videosunun hər biri 1-3 (bir-üç) dəqiqə uzunluğunda olacaqdır. 

Vəzifə və öhdəliklər:

  • Layihə tərəfindən müəyyənləşdirilmiş 8 hədəf rayona səfərlər etmək; 
  • Layihə tərəfindən müəyyən edilmiş Fermer Təsərrüfatlarında təşviqat videoları çəkmək; 
  • Çəkilmiş videoları emal etmək və sosial media və qurumun internet səhifəsində paylaşmaq üçün hazır hala gətirmək; 
  • Müəyyən edilmiş zamanda bütün işləri bitirmək və təhvil vermək 

Tələb olunan təhsil, təcrübə və bacarıq:

  • Video roliklərin peşəkar montaj olunması
  • Mövcud şablonlardan kənara çıxma bacarığının olması;
  • Peşəkar video çəkiliş üçün peşəkar komandanın olması;
  • Peşəkar video çəkiliş üçün müvafiq peşəkar video çəkiliş avadanlığının mövcudluğu;
  • Yüksək səviyyədə video çəkilişləri həyata keçirmə qabiliyyəti
  • Dron çəkilişi həyata keçirmə bacarığı
  • Müasir dövrün tələblərinə uyğun təkliflər etmək
  • "Copywriting" qabiliyyəti 

Göstərilən tələblərə uyğun gələn şirkətlər portfoliolarını office@lga.az elektron ünvanına və ya  Bakı şəhəri, Xətai rayonu, Afiyəddin Cəlilov küçəsi 20/79 ünvanına (AZ1025) Təşviqat videolarının hazırlanması başlığı altında göndərməsi xahiş olunur. Seçilmiş şirkətlər təqdimat üçün ofisə dəvət ediləcək. 





For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS