AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Press release - ?West-Resource? Center in Gazakh city, ?Transitions? INGO conducted the training titled ?Information Culture? (WR CSDS)

 Press release date: 17.10.2001

English version



 


Qərb-Resurs Vətəndaş Cəmiyyətinin      
İnkişafına Dəstək İctimai Birliyi

 

14 Oktyabr, 2013                                            

Bu gün, Qazax rayonunda yerləşən “Qərb-Resurs” Mərkəzində, “Transitions” BQHT “İnformasiya Mədəniyyəti” layihəsi çərçivəsində eyni adlı təlim keçirmişdir. İki hissədən ibarət olan bu təlimdə, mobil və telefon informasiya mədəniyyəti və internet informasiya mədəniyyəti haqqında danışıldı. Təlimdə iştirak edən 18 nəfər gənc onlayn vasitələrdən və telefonlardan istifadə edərkən təhlükəsizliyin necə qorunması haqqında dəyərli məlumat aldılar. Praktik məşğələ zamanı gənclər öz telefonları ilə və yaxud öz internet hesabları ilə aparılan danışıqların, yazışmaların və paylaşmaların  başqaları tərəfindən istifadə edilməsinin qarşısını almaq üçün müxtəlif vebsəhifələrdən istifadə qaydalarını öyrəndilər.  Təlimin ikinci hissəsində iştirakçılara müxtəlif alətlərin təhlükəli məqamları haqqında və mobil telefonların antivirusla yüklənməsinin vacibliyi haqqında məlumat verildi. Həmçinin, Təlimdə gənclərə - Facebook səhifəsində işləyərkən diqqətli olmaq tövsiyyə olundu və məlumatların təhlükəsizliyini qorumaq üçün məsləhətlər verildi.