AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Press release - ICRC runs IHL introduction for Azerbaijani peacekeepers (ICRC)

 Press release date: 30.05.2003

English version



BQXK Azərbaycanın sülhməramlı qüvvələri üçün BHH ilə tanışlıq üzrə təqdimat keçirmişdir

Çərşənbə axşamı, 27 may 2003cü il tarixində Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) Azərbaycandakı nümayəndəliyinin təmsilçiləri Azərbaycanın İraqda yerləşdiriləcək sülhməramlı batalyonu üçün Beynəlxalq Humanitar Hüququn (BHH) əsas prinsiplərinə dair təqdimat keçirmişdir.

Milli ordunun hərbi hissələrinin birində keçirilən həmin məlumat sessiyasında BHHnın tarixi və əsas prinsipləri, silahlı qüvvələrin davranış kodeksi, BQXK və onun fəaliyyəti məsələləri diqqət mərkəzində olmuşdur.

Üz mandatına əsasən BQXK bütün dünyada silahlı qüvvələr üçün treninqlər keçir və Azərbaycandada bu cür təşəbbüsləri gələcəkdə dəstəkləməyə hazır olduğunu bəyan edir.