AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Press release - USAID and Mercy Corps awarded two grants for reproductive health and family planning programs (MC)

 Press release date: 05.08.2003

English version



ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi və Mersi Kor təşkilatı Uşaqları Qoruyun və Beynəlxalq Tibbi Korpusu təşkiltalarının rəhbərlik etdiyi konsorsiumlara reproduktiv sağlamlıq və ailə planlaşdırılması proqramları üçün ümumi məbləği $1, 628,000 ABŞ olan iki qrant ayırmışdır.

Bu proqramlar səhiyyə qayğısı işçilərinin və ailələrin doğuşları planlaşdırmanın təhlükəsiz və effektiv seçimləri haqqında məlumatlarını artırmaq üçün hazırlanıb və onlar Azərbaycanın 17 rayonunu əhatə edəcək.

Azərbaycan, Bakı ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (ABŞBİA) və Mersi Kor təşkilatı Uşaqları Qoruyun (UQ) və Beynəlxalq Tibbi Korpusu (BTK) təşkiltalarının rəhbərlik etdiyi konsorsiumlara Azərbaycanın seçilmiş rayonlarında reproduktiv sağlamlıq (RS) və ailə planlaşdırılması (AP) xidmətlərinin yaxşılaşdırılması üzrə iki proqramın həyata keçirilməsi üçün ümumi məbləği $1, 628,000 ABŞ olan iki qrant ayırmışdır. Proqramlar Azərbaycanın 17 rayonunda icra ediləcək və həmin ərazilərdə 74 icmanı əhatə edəcək.

Beynəlxalq Yardım və İnkişaf (BYİ) və UMCORla müştərək icma əsaslı Ailə Planlaşdırması və Reproduktiv Sağlamlıq Təşəbbüsləri Proqramını həyata keçirəcək UQ təşkilatına 1,200,000 ABŞ dolları məbləğində qrant verilmişdir. Bu proqram icmaları səhiyyə üzrə maarifləndirmək, ilkin səhiyyə qayğısı təminatçılarına təlimlər keçmək və kontraseptivlərin davamlı təminatını artırmaq məqsədi daşıyır.

Bu məqsədlə planlaşdırılmış proqram fəaliyyətlərinə ucqar regionlarda xəstəxanaların icma dəstəyi ilə təmiri, dava-dərman təminatçıları arasında əlaqələrin qurulması, səhiyyə qağısı işçilərinə təlimlərin keçilməsi, icma üzvü olan təlimçilər vasitəsilə icma səfərbərliyi daxildir. Bundan əlavə, bu proqram televiziya proqramları, yerli qəzetlər və maarifləndirici broşuralar vasitəsilə səhiyyə məlumatlarını yayacaq.

Məbləği 427,991 ABŞ dolları olan ikinci qrant Beynəlxalq Tibbi Korpusu (BTK) təşkilatına ayrılmışdır. Bu təşkilat Con Hopkins Universitetinin Blumberq Səhiyyə Məktəbi ilə birgə Azərbaycanda Reproduktiv Sağlamlıq Təşəbbüsü proqramını həyata keçirəcək. UQ təşkilatının fəaliyyət göstərdiyi ərazilərdə həyata keçiriləcək bu proqram ucqar yerlərdə fəaliyyət göstərən səhiyyə işçilərinə təkmilləşmə təlimlərini təmin etmək üçün 27 ixtisaslaşmış təlimçilər qrupu yaradacaq. Azərbaycanda Reproduktiv Sağlamlıq Təşəbbüsü proqramı Ailə Planlaşdırılması üzrə Milli Texniki İşçi Qrupun yaradılmasına dəstək vermək, ailə planlaşdırılması üzrə milli təlimlər paketinin hazırlanması və Milli Reproduktiv Sağlamlıq İdarəsinin (MRSİ) ixtisaslaşmış təlimçilərinin bacarıqlarının artırılması üçün nəzərdə tutulmuşdur.

ABŞ BİA və Mersi Kor tərəfindən ayrılan qrantlar Reproduktiv Sağlamlıq və Ailə Planlaşdırılması sahələrində vacib problemlər və ehtiyaclar üçün nəzərdə tutulub, MersiKor təşkilatınn prrqramlar üzrə direktoru xanım Miriyəm Xuri deyir.

Arzulanmayan hamiləliyin yüksək səviyyədə olması, məhdud və ya az bilik və müasir ailə planlaşdırılması üsullarından zəif istifadə də daxil olmaqla, Azərbaycanda RS və AP xidmətləri sahələrində mövcud olan çatışmazlıqlar və həll ediməmiş ehtiyaclar çoxdur. 2001ci ildə Azərbaycanda keçirilmiş reproduktiv sağlamlıq üzrə sorğu nəticəsində əksər qadınları müəyyən AP metodlarını bilməsi və yalnız 32%-in müasir metodlardan istiyadə etməsi aşkar edilmişdir. Arzulanmayan hamiləliyin səviyyəsi yüksəkdir və təxminən 57% qadın son hamiləliklərinin bilərəkdən olmadığını bildirmişlər. Əksər qadınlar AP metodlarına aid məlumatları tanışlardan, dostlardan, valideynlərdən, həkimlərdən və öz partnyorlarından alır və yalnız onların 10%-i KİV-dən və çap materiallarından bu haqda məlumatları əldə edirlər. Uşaqların doğulmasını planlaşdırmaq üçün hamiləliyin məcburi abortla dayandırılmasından geniş istifadə olunur. UQ və BTK-nın rəhbərlik edəcəkləri proqramlar icmada maarifləndirmə və bacarıqların artırılması fəailiyyətləri vaitəsilə bu ehtiyacları qarşılamaq üçün hazırlanıb.

Bu qrantlar Azərbaycanda valideyinlər və uşaqların sağlam olması ilə nəticələnəcək səhiyyə xidmətlərinin yaxşılaşdırılması işinə ABŞ BİA-nın marağını əks etdirir. Konsorsiuma daxil olan bütün təşkilatlar RS və AP sahələrində beynəlxalq aləmdə nüfuz qazanmış təşkilatlardır və onların hazırladığı bu proqramlar ən yaxşı təcrübələrə əsaslanır, Mersi Korun Səhiyyə Proqramının Meneceri Syu Leonard deyir.

ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (ABŞ BİA) bütün təlimatları ABŞ-ın Dövlət Katibliyindən alan müstəqil federal hökumət agentliyidir. Bu agentlik bütün dünyada iqtisadi inkişaf, kənd təsərrüfatı, ticarət, səhiyyə, demokratiya, münaqişələrin qarşısının alınması kimi sahələrə dəstək verir. Qafqazda ABŞ BİA öz fəaliyyətinə 1992-ci ildə başlamışdır. Bu agentlik buranı demokratik prinsiplərə, bazar iqtisadiyyatına və bütün səviyyələrdə vətəndaş iştirakina dayanan, firavan və əmin-amanlıq içində yaşayan bir regiona çevirmək üçün fəaliyyət göstərir.

Mersi Kor əzab-əziyyəti, yoxsulluğu və zülmü azaltmaq naminə fəaliyyət göstərən mənfəətsiz, beynəlxalq yardım və inkişaf təşkilatıdır. Mersi Kor Azərbaycanda $51,161,630.00 məbləğində Azərbaycana Humanitar Yardım Proqramının çətir qrant meneceridir, bundan əlavə, Biznes İnkişafı Xidmətləri və Uşaq Qurtuluş Proqramlarını bilavasitə icra edir.

Beynəlxalqa Tibbi Korpus (BTK) səhiyyə üzrə təlimlər və yardım proqramları vasitəsilə insan həyatlarının qurtarılması və əzab-əziyyətin azaldılması naminə fəaliyyət göstərən beynəlxalq məfəətsiz humanitar təşkilatdır. BTK Azərbaycanda 2000-ci ildən fəaliyyət göstərir və hazırda Azərbaycanda bir neçə səhiyyə layihəsi həyata keçirir.

Uşaqları Qoruyun Fondu (UQF) ehtiyac içində olan uşaqların həyatında davamlı müsbət dəyişikliklərə nail olmaq naminə fəaliyyət göstərən mənfəətsiz, beynəlxalq yardım və inkişaf təşkilatıdır. Bu təşkilat Azərbaycanda 1993-cü ildən fəaliyyət göstərir və hazırda ölkədə icma inkişafı, mikro-kredit və səhiyyə layihələrini həyata keçirir.

Daha ətraflı məlumat üçün lütfən Mercy Corps Azərbaycan təşkilatının Səhiyyə Proqramı üzrə Mütəxəssisi Afət Abdullaevaya müraciət edin:

(994 12) 97 51 72

www.mercycorps.az