AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Komputer avadanligi, hemcinin qaynaq, berber ve tikis avadanliqlarinin alinmasi meqsedile maraqli terefleri TENDERDE istirak etmeye devet edir. (WVI)

 Duration: 31.05.2011 - 03.06.2011

 

World Vision (Dünyaya Baxış) Beynəlxalq Humanitar Təşkilatı kompüter avadanlığı, həmçinin qaynaq, bərbər və tikiş avadanlıqlarının alınması məqsədilə maraqlı tərəfləri tenderdə iştirak etməyə dəvət edir.

DOWNLOAD | Equipment List | (*.pdf file)

Tələb olunan avadanlıqların spesifikasiyaları barədə ətraflı məlumat əlavədə təqdim olunmuşdur. Tenderdə iştirak etmək istəyənlərdən xahiş olunur ki, tələb olunan malların spesifikasiyalarının siyahısının əslini əldə etmək üçün aşağıdakı ünvanda yerləşən təşkilatımızın ofisinə müraciət etsinlər:

World Vision Azerbaijan
Bakı şəhəri, AZ1143, H. Cavid pr. 32, mənzil 51, 14-cü mərtəbə
Tel/Fax : (012) 437 31 95, 537 11 31
Tender üzrə əlaqələndirici şəxs: Leyla Bəkirova (İnzibati işlər üzrə rəhbər)

Sizə təqdim olunacaq cədvəlləri düzgün şəkildə dolduraraq öz şirkətinizin rəsmi blankında əlaqələndirici şəxsin adı və bank rekvizitlərinizi qeyd edərək möhürlənmiş imzalanmış zərfdə təşkilatımızın iş vaxtı ərzində (9.00 – 17.30) təqdim etməyiniz xahiş olunur.

Yalnız dövlət qeydiyyatına alınmış şirkətlərin təklifləri nəzərə alınacaq. Tenderdə qalib gələcək şirkətdən aşağıdakı sənədlərin təqdim edilməsi tələb olunacaqdır:

- lazım olunan malların müəyyən olunmuş müddət ərzində təqdim edilməsinə aid yazılı zəmanət;
- dövlət qeydiyyatına alınması barədə sənədlərin surəti (hüquqi statusu, VÖEN və s.)
- digər vacib hesab olunan sənədlər.

Təkliflər 03 iyun 2011-ci il saat 17:30-dək qəbul olunacaqdır



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS