AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Quba, Xacmaz, Sabran, Imisli, Sabirabad ve Beyleqan rayonunda fealiyyet gosteren tikinti teskilatlarinin nezerine (EWMI)

 Duration: 27.09.2012 - 05.10.2012

 

Quba, Xaçmaz, Şabran, İmişli, Sabirabad və Beyləqan rayonunda fəaliyyət göstərən tikinti təşkilatlarının nəzərinə

Şərq-Qərb İdarəçilik İnstitutu Azərbaycanda Sosial İqtisadi İnkişaf Fəaliyyəti (SEDA) çərçivəsində Quba, Xaçmaz, Şabran, İmişli, Sabirabad və Beyləqan rayonunun seçilmiş icmalarında icma əsaslı infrastruktur layihələri həyata keçirməyi planlaşdırır. SEDA ABŞ-ın Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və Azərbaycan Hökumətinin birgə maliyyələşdirdiyi 5-illik layihədir. Proqramın məqsədi icmalar tərəfindən müəyyən olunan infrastruktur layihələrinə dəstək vermək və proqramın əhatə etdiyi regionlarda sosial iqtisadi inkişaf prioritetlərini və proqramları müəyyən etmək  üçün tərəfdaşların iştirakını gücləndirməklə Azərbaycanda regionların sosial-iqtisadi inkişafına töhvə verməkdir.  

Şərq-Qərb İdarəçilik İnstitutu Quba, Xaçmaz, Şabran, İmişli, Sabirabad və Beyləqan rayonunda fəaliyyət göstərən tikinti təşkilatları haqqında məlumat əldə etmək üçün müraciət edir.

Əldə edilmiş məlumatlar əsasında tikinti təşkilatları  siyahisi hazırlanacaq. İcmalardan təqdim olunmuş müxtəlif növ infrastruktur layihələrin icra edilməsi üçün  həmin tikinti təşkilatları müvafiq tenderlərə dəvət olunacaq.

Yuxarıda qeyd olunan rayonlarda fəaliyyət göstərən tikinti təşkilatlarının rəhbərlərindən xahiş olunur ki, təmsil etdikləri təşkilatlar haqqında aşağıda qeyd olunan məlumatları oktyabr ayının 5-dək seda@ewmi-seda.org elektron poçt ünvanına və ya Şərq-Qərb İdarəçilik İnstitutunun Quba şəhəri, məhəllə 32/33 və İmişli şəhəri, Heydər Əliyev prospekti 88 ünvanda yerləşən ofislərinə göndərsinlər:
1.            Tikinti təşkilatının adı
2.            Təşkilatın şəhadətnamə (Ədliyyə Nazirliyi tərəfindən təsdiq edilmiş) və VÖEN-nin surəti
3.            Təşkilatın bank hesabı
4.            Təşkilatın son 3 ildə həyata keçirdiyi layihələrin siyahısı

Hər hansı sualınız olarsa, seda@ewmi-seda.org elektron poçt ünvanına məktub göndərə və ya (+99412) 4939453 nömrəsinə zəng edərək İsgəndər Kərimovla əlaqə saxlaya bilərsiniz.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS