AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Ilkin tecili tibbi yardimin gosterilmesi movzusunda telim kecmek ucun teskilatlar emekdasliga devet edilir (WVI)

 Duration: 29.01.2013 - 15.02.2013

 

http://www.azerweb.com/ngos/20/jobs/10083/logo.jpg
İlkin təcili tibbi yardımın göstərilməsi mövzusunda təlim keçmək üçün təşkilatlar əməkdaşlığa dəvət edilir.

“World Vision International” humanitar təşkilatının Azərbaycan Respublikasındakı nümayəndəliyi ilkin təcili tibbi yardımın göstərilməsi mövzusunda təlim keçmək üçün bu sahədə təcrübəsi olan təşkilatları əməkdaşlığa dəvət edir. Bu təlim nümayəndəliyin işçi heyətinə bir günlük təlim gündəliyi ilə ilkin təcili tibbi yardımın göstərilməsi mövzusunda rus dilində aparılacaqdır. Təlimçinin Azərbaycan dilini də bilməsi vacibdir.

Bu xidməti həyata keçirmək üçün maraqlı olan təşkilatlar və ya klinikalar aşağıdakı sənədlərlə müraciət edə bilərlər.

- Təşkilatın və ya klinikanın hüquqi qeydiyyat sənədlərinin surəti;
- Təşkilatın və ya klinikanın bu sahə üzrə müvafiq təcrübəsi haqqında məlumat;
- VÖEN-nin surəti;
- Təlimi keçəcək əməkdaşın tərcümeyi-halı (CV);
- Xidmət üçün tələb olunan məbləğ / təklif qiyməti;
- Təlim modulları;
- Təlim iştirakçılarına təqdim ediləcək şəhadətnamənin surəti.

Müraciətlər imzalalanmış və möhürlənmiş zərflərdə 15 Fevral 2013-cü il tarixinə qədər aşağıdakı ünvana təqdim edilməlidir:

“World Vision International” humanitar təşkilatının
Azərbaycan Respublikasındakı nümayəndəliyi
Bakı şəhəri, AZ1141, H. Cavid pr. 32, mənzil 51, 14-cü mərtəbə
Tel/Faks: (012) 437 31 95, 537 11 31
Əlaqələndirici şəxs: Günel İsmayılova

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS