AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - JURNALISTLER UCUN MEQALE MUSABIQESININ ELANI (EDF)

 Duration: 03.04.2014 - 25.04.2014

 

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC)
və D.Əliyeva adına Qadın Hüquqları Müdafiə Cəmiyyətindən ibarət Koalisiya tərəfindən icra edilən və ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşən Counterpart İnternationalın rəhbərlik etdiyi Qadın İştirakçılığı Proqramı çərçivəsində keçirilən «CEDAW ƏMƏLDƏ» adlı layihəsinin

JURNALİSTLƏR ÜÇÜN MƏQALƏ MÜSABİQƏSİNİN ELANI

 

VZULAR

Gender   məsələləri   və  qadın   hüquqları   sahəsində   vəkilliyin   artırılması   məqsədilə   qadın təşkilatları və KİV-lərin fəallaşdırırılmasına yönələn layihə çərçivəsində jurnalistlər arasında aşağıdakı mövzular üzrə məqalə MÜSABİQƏSİ elan edilmişdir:

1.  JURNALİST  BAXIŞI:  “Azərbaycanda  Gender  Bərabərliyi  üçün  Mediada  Uğurlu
Vəkillik Strategiyaları”
2.  JURNALİST    BAXIŞI:     “Azərbaycanda    Gender    Bərabərliyinin    Təminatında
Medianın Rolunun Artırılması Yolları”
3.  JURNALİST   BAXIŞI:   “Azərbaycanda   Qadın   Təşkilatları   və  Media   Araslnda
Əməkdaşğın Artırılması Yolları”

QİYTLƏNDİRMƏ MEYARLARI

Qiymətləndirmə aşağıdakı meyarlar üzrə qiymələndiriləcəkdir:

 

•    Mövzuya uyğunluğu
•    Reallığa yaxınlığı
•    İnnovativ tövsiyələrin əks olunması
•    Praktik və tətbiq oluna biləcək tövsiyələrin əks olunması
•    Jurnalist yazısının peşəkarlığı

Müsabiqədə   iştirak  etmiş  şəxsin  tanınma   dərəcəsi   yox,  məqalənin   keyfiyyəti,   mövzuya uyğunluğu və məzmunu əsas götürüləcəkdir. Buna görə bərabər, qərəzsiz və obyektiv qiymətləndirmə üçün münsiflər heyətinə təqdim olunacaq məqalələr müəllifin adını əks etdirməyəcəkdir.  Münsiflər  heyətinin  adları  mükafatların  təqdimetmə  mərasimində açıqlanacaqdır.

MÜDDƏT VƏ TEXNİKİ  ŞƏRTLƏR

1.  Təqdim olunan məqalələr daha öncə dərc olunmamalıdır.
2.  Müsabiqəyə        təqdim        olunan        yazılar        RİQC-in         info@ward.az        VƏ
ward.azerbaijan@gmail.com email ünvanlarına göndərilməlidir.
3.  Müsabiqə 25 mart - 25 aprel 2014 müddətində  davam edəcəkdir. 25 aprel 2014 saat
18:00-dən sonra təqdim olunan məqalələrə baxılmayacaqdır.

KAFAT

Müsabiqədə jurnalistlər və media mütəxəssisləri iştirak edə bilərlər. Eyni şəxs bir neçə məqalə
təqdim edə bilər.

Qalibin adı 05 may 2014 tarixində açıqlanacaqdır. Müsabiqədə cəmi bir (1) qalib jurnalist müəyyələşəcəkdir.  Mükafatçı  2014-cü  ilin  iyun  ayında  Polşaya  4-günlük  öyrənmə  səfərinə seçilmək imkanını qazanacaqdır, səfərin bütün xərcləri təşkilatçılar tərəfindən ödəniləcəkdir. Mükafatçı səfərdən qayıtdıqdan sonra daha 3 məqalə nəşr edəcəkdir (məqalə mövzusu təşkilatçılarla razılaşdırılacaqdır).

Əlavə olaraq ən yaxşı 12 jurnalist məqaləsi bir və ya bir neçə KİV-in “gender guşəsində” dərc olunacaqdır.

DİQQƏT

Müsabiqədə  keyfiyyətsiz  iştirak  nümunələrinin  təqdim  edilməsi  halında,  müsabiqənin  bütün nəticələrinin ləğv olunması haqqında hüququ RİQC özündə saxlayır.

ƏLAQƏ LUMATI

Aygün Hacıyeva
Media və İctimai Əlaqələr üzrə Menecer

Rasional İnkişaf uğrunda Qadınlar Cəmiyyəti (RİQC) Bakı, AZ1025, Afiyəddin Cəlilov küç. 26, mən. 98 (+99412) 490 40 44, (+99450) 760 40 44 info@ward.az VƏ  ward.azerbaijan@gmail.com

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS