AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Techizatcilari ve is adamlarini temir, tikinti ve techizat layihelerinde istirak etmek?ucun musabiqeye devet edir (UMID SSD PU)

 Duration: 01.09.2014 - 15.09.2014

 

 

Təchizatçıların   və  iş  adamlarının  nəzərinə

 

“Ümid” SİD  İB təchizatçıları və iş adamlarını  təmir, tikinti və təchizat
layihələrində iştirak etmək  üçün müsabiqəyə
dəvət   edir

“Ümid” Sosial İnkişafa Dəstək İctimai Birliyi (« Ümid » SİD İB) Avropa İttifaqının Azərbaycan Nümayəndəliyinin  maliyyə dəstəyi ilə “Kəndlərin Davamlı İnkişafı Təşəbbüsü” (KDİT) layihəsini həyata keçirir. KDİT layihəsi mərkəzi və yerli hakimiyyət orqanlarının, icma və özəl sektorun iştirakı ilə  Quba-Xaçmaz regionunda meyvə, qurumeyvə, giləmeyvə və süd sektorunun ticari, keyfiyyətli, rəqabətli inkişaf etdirilməsi, fermerlərin və ərazidə yaşayan gənclərin bacarıqlarının artırılması, məşğulluq imkanlarının genişləndirilməsi və xidmət sahələrinin yaradılması ilə milli iqtisadi inkişafa yardım edəcəkdir. Layihənin məqsədi:  Kənd təsərrüfatı və qeyri-kənd təsərrüfatı sahələrini birləşdirən iqtisadi inkişaf modeli vasitəsilə Quba-Xaçmaz iqtisadi zonası (Quba, Qusar, Xaçmaz və Şabran rayonları) kəndlərinin davamlı inkişafının gücləndirilməsidir. Layihə çərçivəsində bir neçə icmada sosial infrastruktur (İçməli su xətlərinin yenilənməsi, icmadaxili yolların təmiri və s.) layihələrinin icrası nəzərdə tutulmuşdur. Bu sahədə bacarığı və təcrübəsi olan iş adamlarını  müsabiqəyə dəvət edirik.
                                                                              
Müsabiqədə iştirak etmək istəyənlərlər 
aşağıdakı sənədləri təqdim etməlidirlər

 

  1. Sizin qeydiyyat sənədləriniz və hüquqi statusunuz  barədə sənəd, (2014-cü il)
  2. Vergilər idarəsində qeydiyyat kodu və vergi ödəyicisinin statusu:  “Sadələşdirilmiş Vergi Ödəyicisi” və ya “Əlavə Dəyər Vergisi Ödəyicisi” şəhadətnaməsi,
  3. Ünvan və əlaqə saxlamaq üçün kontakt informasiyanız (telefon, e-mail və s.)
  4. Əvvəlki illərdə həyata keçirdiyiniz infrastruktur təmir- tikinti layihələrinin siyahısı
  5. Əvvəlki müştərilərinizdən (telefon nömrələri göstərilmək şərti ilə) minimum 3 ədəd tövsiyyə/zəmanət məktubları,
  6. Təşkilatınızın  fəaliyyətinin digər istiqamətləri (profili) barəsində qısa məlumat,
  7. Bank tərəfindən verilmiş və bank rekvizitləri və borcun olmamasını özündə əks etdirən məktub,
  8. Təşkilatınızın  fəaliyyətini əks etdirən  broşur (əgər varsa)

   Qeyd  olunan  sənədlər  müşayət  məktubu  ilə  birlikgə,  bağlı  zərfdə  və  möhürlənmiş
   şəkildə təqdim olunmalıdır:

Sənədlər 01 sentyabr  2014 cü il tarixdən 15 sentyabr 2014-cü il tarixədək qəbul olunur

Sənədlər aşağıda göstərilən ünvana  təqdim olunmalıdır:

Quba şəhəri:  Şıxəli Kərimov küç. Məhəllə 32\33
Əlaqə üçün şəxs : Verdiyev Əflatun (tel:  050 528 75 94 /mobil/   və ya 02333 5 51 83 /ofis/)

Bakı şəhəri: Mirzə Cabbar Məmmədzadə küç.-166A, Yasamal rayonu
Əlaqə üçün şəxs “Ümid” SİD İB-nin Təchizat üzrə Meneceri Elşən Əsgərov (tel:  050 352 48 47 /mobil/ və ya 012 434 53 15 /ofis/)

 

 

Regionda fəaliyyət göstərən telekanallar və redaksiyalar  barədə arasdırma

 

Xaçmaz Şəhəri “RTV ” (region tv) televiziya kanalı;
Piar meneceri: Sərdar Tağıyev - tel; 050 291 78 98
Bir həftə hər gün iki dəfə olmaqla mətn oxunması və görüntü ilə  100.00 AZN
Qeyd: RTV verlişləri Quba, Xaçmaz, Qusar, Şabran və Siyəzən rayonlarında və rtv.az saytında yayımlanır

Xaçmaz Şəhəri “Xaçmaz” qəzeti
Baş redaktor: Zinyət Yaqubqızı - tel; 050 321 25 84
Bir dəfə çap üçün (1200 tirajla)  50.00 AZN
(Ayda iki dəfə çap olunur)

Şabran Şəhəri “Şabran ” qəzeti
Baş redaktor: Çingiz Məmmədov - tel; 070 338 23 01
Bir dəfə çap üçün (1000 tirajla)  10.00 AZN
(Ayda iki dəfə çap olunur)

Quba  Şəhəri “Şəfəq” qəzeti
Redaktor: Qasımov Qəhrəman - tel; (02333) 5 28 52
Bir dəfə çap üçün (1500 tirajla)  100.00 AZN
(Ayda iki dəfə çap olunur)

Qusar Şəhəri “Qusar” qəzeti
    Baş redaktor: Vidadi Sevdixanov - tel; (02338) 5 23 86
Bir dəfə çap üçün (1350 tirajla)  50.00-60.00 AZN
(Ayda iki dəfə çap olunur)

 

 

 

 

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS