AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - Tender [Samux rayonu Qarabaglar Icmasinin texniki su teminatinin yaxshilashdirilmasi] (EWMI)

 Duration: 16.07.2015 - 05.08.2015

Şərq-Qərb İdarəçilik İnstitutu, Inc. /Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri
Tender üçün Müraciət (TüM)
Buraxılış tarixi: 16 iyul 2015
Şərq-Qərb İdarəçilik İnstitutu, Azərbaycanda həyata keçirdiyi  Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən, beş illik Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində “Samux rayonu Qarabağlar İcmasının texniki su təminatının yaxşılaşdırılması” İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

İş və materialların təsviri, həmçinin “Samux rayonu Qarabağlar İcmasının texniki su təminatının yaxşılaşdırılması” layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.


Qoşma A.  Tender İştirakçıları üçün Təlimatlar
Qoşma B.  Təqdimat məktubu
Qoşma C. Material və əməyin təsviri
Qoşma D. Samux rayon Qarabağlar icmasında su xətlərinin sxematik planı
Qoşma E. Samux rayon Qarabağlar icmasında Su Çəni və Çənaltı Qurğunun Görüşləri
Qoşma F. Samux rayon Qarabağlar icmasında tikiləcək Bulağın Görünüşləri
Qoşma G. Son üç ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyət növləri


 (Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəçilik İnstitutunun AZ 1095, 28 may küçəsi 4/2 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.


Qiymət təklifinin təqdim olunması:
Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq “Orijinal” və “Surəti” sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün  Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.


Tender iştirakçılarından xahiş olunur ki, “Tender iştirakçıları üçün təlimatlara” (Qoşma A) xüsusi diqqət versinlər və orada qeyd edilmiş tələb olunan sənədləri təqdim etsinlər. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.


Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 04 avqust 2015-ci il tarixdə saat 14:00-a kimi təqdim edilməlidir.


EWMI/SEDA
28 may küçəsi, 4/2
Bakı, AZ1095


Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:
EWMI/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)


Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.
Telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim  olunan təkliflər nəzərə alınmayacaq.


Təmir/tikinti sahəsinə səfər:
Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).


Qiymət təklifi zərflərinin açılışı:
Qiymət təklifi zərflərinin açılışı 05 Avqust 2015-ci il tarixdə saat 10:00-da EWMI-SEDA-nın Bakı ofisində keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.


Təkliflərə Baxış Komitəsi
Əlaqə telefonu: (012) 493 9453



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS