AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Announcement - TENDER [ Saatlı rayonunun Günəşli icmasında süd emalı məntəqəsinin yaradılması ] (EWMI)

 Duration: 02.10.2017 - 23.10.2017

 

 

Şərq-Qərb İdarəçilik İnstitutu, Inc. /Sosial-İqtisadi İnkişaf Fəaliyyətləri
Tender üçün Müraciət (TüM)
Buraxılış tarixi: 02 oktyabr 2017

Şərq-Qərb İdarəçilik İnstitutu, Azərbaycanda həyata keçirdiyi Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyi (USAID) və Azərbaycan Hökuməti tərəfindən birgə maliyyələşdirilən, beş illik Sosial-İqtisadi İnkişaf Fəaliyyəti layihəsi çərçivəsində "Saatlı rayonunun Günəşli (Fətəlikənd, Nəsimikənd, Varxan və Şirinbəy icmaları daxil olmaqla) icmasında Süd Emalı Məntəqəsinin yaradılması" İcma Əsaslı Sosial-İqtisadi Layihəsi üçün marağı olan tikinti təşkilatlarını tenderdə iştirak etmək üçün qiymət təklifi təqdim etməyə dəvət edir.

İş və materialların təsviri, həmçinin "Saatlı rayonunun Günəşli (Fətəlikənd, Nəsimikənd, Varxan və Şirinbəy icmaları daxil olmaqla) icmasında Süd Emalı Məntəqəsinin yaradılması" layihəsinə dair qiymət təklifləri ilə bağlı təlimatlar aşağıdakı qoşmalarda Tender Paketində verilib.

Qoşma A. Tender İştirakçıları üçün Təlimatlar
Qoşma B. Təqdimat məktubu
Qoşma C. Material və əməyin təsviri
Qoşma D. Mövcud binanın planı
Qoşma E. Septik tankın sxemi
Qoşma F. Avadanlıq 1
Qoşma G. Avadanlıq 2
Qoşma H. Avadanlıq 3
Qoşma I. Avadanlıq 4
Qoşma J. Son üç ildə təklif verənin yerinə yetirdiyi oxşar dəyərli fəaliyyət növləri

(Bu əlavələri elektron ünvandan yükləmək və ya Şərq-Qərb İdarəçilik İnstitutunun AZ 1095, 28 may küçəsi 4/1 ünvanında yerləşən Bakı ofisindən əldə etmək olar.

Tenderdə iştirak etmək üçün uyğunluq tələbləri:

Maraqlı şirkətlər qiymət təklifi ilə birlikdə tələblərə uyğun olan aşağıdakı sənədləri təqdim etməlidir. Tələb olunan sənədlərdən hər hansı təqdim edilmədiyi halda təkliflər nəzərə alınmayacaq.


Qiymət təklifinin təqdim olunması:
Təkliflər iki nüsxədə (orijinal və surəti), ayrıca möhürlənmiş ikiqat iki ədəd zərfdə təqdim edilməlidir. Möhürlənmiş zərflərin üzərində uyğun olaraq "Orijinal" və "Surəti" sözləri və həmçinin təqdim edən təşkilatın ünvanı qeyd edilməlidir. Təkliflərə Tender İştirakçıları üçün Təlimatlarda (Qoşma A) göstərilmiş tələb olunan bütün sənədlər və imzalanmış Təqdimat Məktubu (Qoşma B) daxildir.


 

Bütün təkliflər poçt, kuryer yaxud poçtalyon vasitəsilə 23 oktyabr 2017-ci il tarixdə saat 17:00-a kimi təqdim edilməlidir.

EWMI/SEDA
28 may küçəsi, 4/1
Bakı, AZ1095
Bütün təkliflər aşağıdakı göstərilən tərəfə ünvanlanmalıdır:
EWMI/SEDA, Təkliflərə Baxış Komitəsi (TBK)

Ünvanlanan şəxs: Təchizat məsələləri üzrə məsul şəxs.
Telefon, elektron poçt, teleqram yaxud faks vasitəsilə göndərilən qiymət təklifləri qəbul olunmur. Gec təqdim olunan təkliflər nəzərə alınmayacaq.

Təmir/tikinti sahəsinə səfər:
Tenderdə iştirak etməyə marağı olan şirkətlər təmir sahəsinə səfər edə bilərlər (məcburi deyil).

Qiymət təklifi zərflərinin açılışı:
Qiymət təklifi zərflərinin açılışı 27 oktyabr 2017-ci il tarixdə saat 10:00-da EWMI-SEDA-nın Bakı ofisində keçiriləcəkdir. Təşkilatların məsul nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Təkliflərə Baxış Komitəsi
Əlaqə telefonu: (012) 598 46 14




For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS