AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Event - Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının Hüquqi Təminat Bölməsi əhalinin aztəminatlı təbəqələrinə pulsuz hüquqi məsləhətlər verir (COE)

 Duration: 29.09.2018 - present

 

 

Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının

Hüquqi Təminat Bölməsi

əhalinin aztəminatlı təbəqələrinə

pulsuz hüquqi məsləhətlər verir

Ədliyyə Akademiyasının Hüquqi Təminat Bölməsində hüquq fakültəsinin tələbələri təcrübəli vəkillərin nəzarəti altında əhalinin aztəminatlı təbəqələrinə: təqaüdçülərə, əlillərə, qaçqın və məcburi köçkünlərə, təhsil alan gənclərə və digər şəxslərə məsləhət formasında pulsuz hüquqi yardım göstərəcəklər.

Hüquqi Təminat Bölməsində Sizə hüquqi sənədlərin lazımi qaydada tərtib edilməsində yardım ediləcək, o cümlədən dövlət orqanlarında və başqa təşkilatlarda maraqlarınızın müdafiəsi üçün atacağınız addımların qaydası və ardıcıllığı izah ediləcək.

 

Əgər siz Hüquqi Təminat Bölməsinə müraciət etməyi qərara almısınızsa, zəhmət olmasa zəng edərək işin mahiyyəti barədə qısa məlumat verin, məsləhət üçün gələcəyiniz gün və vaxt barədə Bölməmizin əməkdaşı ilə razılaşaraq, qeydiyyatdan keçin.

 

Siz həftənin 1-5-ci günləri saat 10:00-dan 18:00-dək Hüquqi Təminat Bölməsinə  müraciət edə bilərsiniz.

 

Ünvan: Bakı şəhəri, Vidadi küçəsi 158 (Bakı Ağır Cinayətlər Məhkəməsinin yaxınlığında)

Telefon: (012) 598 28 52

E-mail: hugugi_yardim@yahoo.com

 

Hüquqi yardım layihəsi Azərbaycan Respublikası Ədliyyə Akademiyasının və Azərbaycan Respublikası Vəkillər Kollegiyasının birgə əməkdaşlığı ilə Avropa Şurasının və Avropa İttifaqının “Avropa İnsan Hüquqları Konvensiyasının və Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququnun Azərbaycanda tətbiqi” Birgə Proqramı çərçivəsində həyata keçirilir.  



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS