AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Yumsaq Mebel (Divan-Kreslo) Dizayneri (Woodpecker)

 Duration: 26.07.2012 - 31.08.2012

 

Vəzifənin Təsviri
Yumşaq Mebel (Divan-Kreslo) Dizayneri

Yumşaq Mebel Dizaynerinin Öhdəlikləri

  • Divan və kresloların quruluşunun dizaynını verir.
  • Öz müəllif divan-kreslo dizaynlarını yaradır.
  • Müştəri sifarişlərinə əsasən dizayn verir.
  • Divan-kresloda istifadə edilən parçaların materialını, rəngini və üslublarını müştərilərlə və Fabrikin müvafiq usta və usta köməkçiləri ilə müzakirə edir.
  • Divan və kreslolarda istifadə ediləcək xammal və hissələri yaxşı tanıyır, siyahısını tutur, qiymətini çıxarır.
  • Keyfiyyətli və tələb edilən xammal və ehtiyat hissələrini almaq üçün Təchizat Şöbəsi ilə əlaqə saxlayır.
  • Tikilmiş divan-kreslo üzlüklərini yoxlayır; keyfiyyəti yüksəltmək üçün dərzilərə məsləhət verir və işlərə müntəzəm nəzarət edir.
  • Divan-kresloların taxta çərçivələrinin (karkasın) keyfiyyətli və tələb edilən dizayna uyğun alınması üçün müvafiq usta və usta köməkçiləri ilə işi əlaqələndirir.

Keyfiyyətlər

  • Müəyyən qədər ixtiraçılıq istedadı və güclü təxəyyül
  • Yaradıcılıq qabiliyyəti
  • Yazılı və şifahi şəkildə effektiv əlaqələr qura bilmək bacarığı

Əmək Haqqı
Əmək haqqı razılaşma yolu ilədir.
Müəssisə haqqında

Dalğa-94 MMC tərkibində Woodpecker Mebel Fabriki hazırda Azərbaycan üzrə 183 nəfər işçi heyətinə malikdir. Biz ev mebelləri, o cümlədən mətbəx, qonaq və yataq dəstləri istehsal edirik və məhsullarımızın çeşidlərinin artırılması üzərində işləyirik. İstehsal proseslərində istifadə etdiyimiz xammal və hissələri əksərən Çin, Rusiya və Türkiyədən idxal edirik. Yaxın onillikdə Woodpecker qlobal bazara daxil olmaq əzmindədir. Fabrikin internet səhifəsi www.woodpecker.com.az hazırda yenilənməkdədir.

Maraqlanan şəxslər CV-sini bu ünvana göndərə gunay.rzayeva@woodpecker.com.az və ya 051 324 26 04 nömrəsi ilə əlaqə saxlaya bilər.

Son müraciət tarixi: 31 avqust 2012.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS