AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Satis Sobesinin Direktoru (Woodpecker)

 Duration: 27.08.2012 - 28.09.2012

 

Vəzifənin Təsviri
Satış Şöbəsinin Direktoru

Satış Direktoru Vəzifəsinin Məqsədi
Satış imkanlarını araşdırır, proqnozlaşdırır, planlayır və satış planlarını həyata keçirir; tabeliyində olan işçi heyətini idarə edir.

Satış Direktorunun Öhdəlikləri 

  • Bazar tələblərini proqnozlaşdıraraq satış üzrə maliyyə məqsədlərinə nail olur; illik büdcə hazırlayır; xərcləri hesablayır; fərqləri təhlil edir; islahedici tədbirlər tövsiyə edir.
  • Bölgələr üzrə illik satış normalarını proqnozlaşdıraraq və tərtib edərək illik və ümumi mənfəət planlarını müəyyən edir; mövcud və yeni məhsullar üçün gözlənilən satış həcmini və mənfəəti proqnozlaşdırır; trendləri və nəticələri təhlil edir; qiymət strategiyalarını müəyyən edir; satış qiymətləri haqda tövsiyələr edir; xərclər, rəqabət, təklif və tələbi nəzarətdə saxlayır.
  • Reklam, satış və ticarətin inkişafı proqramlarını planlaşdırmaq, hazırlamaq, həyata keçirmək və qiymətləndirməklə satış hədəflərinə nail olur; bölgələr və yerlər üçün satış hərəkət planları tərtib edir.
  • Bazar imkanlarını araşdırmaq, müəyyənləşdirmək və sərmayə yatırmaqla məhsul bazarlamasını və mənfəətliliyini təkmilləşdirir; məhsulun qablaşdırmasını təkmilləşdirir; yeni məhsul yaradılmasını əlaqələndirir.
  • Müntəzəm səfərlər etməklə əsas nöqtələrlə əlaqə saxlayır; ayrı-ayrı ehtiyacları araşdırır; yeni imkanları aşkar edir.
  • Məlumat bazası və trendləri toplamaq, təhlil etmək və ümumiləşdirməklə məlumatlar ilə təmin edir.
  • Məlumatları məxfi saxlamaqla müəssisənin dəyərini qoruyur.
  • Satıcıları nümunələr, qiymət siyahıları, dəstlər, portfellər və ya zəruri olan hər bir vasitə ilə hazırlayıb təmin edir.
  • Satıcıların məxaric hesablarını, marşrut siyahılarını, məruzə və gündəlik məktublarını nəzarətdə saxlayır və yoxlayır.
  • Bonus və prizləri təmin edir, satış yarışları və xüsusi satış kampaniyaları təşkil edir.
  • Müəssisə, məhsullar və satış prinsipləri və metodları haqqında ətraflı məlumat verən satış kitabçaları və ya satıcılar üçün bələdçilər hazırlayır və ya hazırlanmasına nəzarət edir.
  • Satıcıların reklamdan istifadə etməsinə və satmasına kömək etmək, müştərilərə reklamdan necə istifadə edəcəklərini izah etməkdə yardım etmək və müəssisənin və rəqiblərinin reklamlarına reaksiya haqqında yerlərdən məruzələr alıb təhlil etmək.
  • İstehslal şöbəsi ilə məhsulların sayı, keyfiyyəti, qablaşdırması, ölçülər və mövsümi mallar haqda məsələlər üzrə əməkdaşlıq edir və onların reaksiyasını distribüter və istehlakçılara çatdırır.
  • Xüsusi bazar araşdırmaları aparır və ya təşkil edir, yeni bazarlar aşkar etmək və ya köhnə bazarlarda yeni metodlar tətbiq etmək üçün bölgələr üzrə təhlillər edir.

Tələb Edilən Bacarıqlar/Kvalifikasiyalar  
Bu vəzifə Biznes Administrasiyası üzrə bakalavr və ya daha yüksək təhsilə müvafiq bacarıq səviyyəsi tələb edir. Ən azı üç il müvafiq iş təcrübəsi formal təhsili əvəz edə bilər. Amerika və ya Avropa universitetlərində təhsil almış MBA-lərə üstünlük verilir.

Dillər
Azərbaycan dilini həm yazılı, həm də şifahi olaraq əla bilmək. İngilis və ya rus dilini bilmək üstünlükdür.

Keyfiyyətlər
Təhlil bacarığı və yaradıcı yanaşma; yazılı və şifahi şəkildə effektiv əlaqələr qura bilmək; etibarlı və mebel sənayesinə olduqca maraqlı. 

İş Saatları və Səyahət
Satış Direktoru xüsusilə ilk aylarda çox vaxt həftədə 45 saatdan artıq işləməli olacaq. Bu vəzifə müştərilərlə görüşmək, görüşlərə və ticarət şoularına qatılmaq üçün səyahət tələb edir.

Əmək Haqqı
Əmək haqqı razılaşma yolu ilədir. Proqnozlaşdırılan aylıq satış planına nail olduqdan sonra əldə edilən gəlirə müvafiq faiz alır. Bundan əlavə, müəssisə Cəlilabadda yerləşmək xərclərini qarşılayır və tibbi sığorta ilə təmin edir.

Müəssisə haqqında
Dalğa-94 MMC tərkibində Woodpecker Mebel Fabriki ev mebelləri, o cümlədən mətbəx, qonaq və yataq dəstləri, yumşaq mebel, eləcə də sifariş əsasında istehsal edir. İstehsal proseslərində istifadə etdiyimiz xammal və hissələri əksərən Çin, Rusiya və Türkiyədən idxal edirik. Yaxın onillikdə Woodpecker qlobal bazara daxil olmaq əzmindədir.

Maraqlanan şəxslər CV-sini bu ünvana göndərə gunay.rzayeva@woodpecker.com.az və ya 051 324 26 04 nömrəsi ilə əlaqə saxlaya bilər.

Son müraciət tarixi: 28 sentyabr 2012.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS