AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Icraci Direktor (Woodpecker)

 Duration: 14.09.2012 - 14.10.2012

Vəzifənin Təsviri
-           İcraçı Direktor

Vəzifənin Miqyası
-     Müəssisədəki bütün əməliyyatlara rəhbərlik edir və idarə edir, ümumi istehsal əməliyyatlarını işçi qüvvəsi və texniki resurslarla təmin edir, müəssisənin səmərəli işləməsi üçün müstəsna məsuliyyət daşıyır.

Vəzifə Öhdəlikləri

-     İcraçı Direktor istehsal əməliyyatlarına rəhbərlik, təşkilatçılıq, müəssisənin mənəvi durumu, texniki və inzibati bələdçilik, qiymətləndirmə və planlaşdırma, əlaqələndirmə, keyfiyyətə nəzarət, səmərəlilik, müəssisənin standartlarına və qaydalarına uyğunluq üçün məsuliyyət daşıyır.
 
-     İcraçı Direktor müəssisənin istehsal əməliyyatlarının icrası üçün cavabdehdir. Həmçinin, aşağıdakıları İstehsal Rəisi, sex rəisləri və digər məsul şöbə və şəxslərlə əlaqələndirir:

-     Müştəri tələblərini müəyyən etmək;
-     Əlaqadar xammal, avadanlıq, ehtiyat hissələri, işçi qüvvəsi ilə təmin etmək;
-     Təchizatçılarla əlaqələr qurmaq;
-     Satışla bağlı məsələləri nəzarətdə saxlamaq;
-     Yeni məhsul növlərinin və modellərinin istehsalına qərar vermək.

-     Layihə, proqram, maliyyə, insan resursları planlaması və idarəetməsində iştirak edir.

-    Risk ehtimallarını təhlil edir və risklərin idarə edilməsini təmin edir.            

-      Müəyyənləşdirilmiş standartlara, prosedurlara və qərarlara uyğunluğu təmin edir.

-     İşin icrasının qiymətləndirilməsi, məvacib və vəzifə rəyləri və işçinin inkişafı da daxil olmaqla, lakin bunlarla məhdudlaşmadan müxtəlif funksiyaları həyata keçirən işçilərin işindən xəbərdar olur və rəy verir.

-     İşçi heyəti, avadanlıqlar və iş mühiti ilə əlaqədar ehtiyacları müəyyənləşdirib təmin edir. Büdcə pullarını dəqiqləşdirir, bölüşdürür və düzgün istifadəsini nəzarətdə saxlayır.

-     Müəssisənin qaydalarını, texniki standartlarını və prosedurlarını inkişaf etdirir və icrasına nəzarət edir.

 Bacarıqlar

-     Adaptasiya
-     Etik davranış
-     Ünsiyyət qurmaq
-     Effektiv əlaqə yaratmaq
-     Yaradıcılıq və innovasiya
-     Müştəri ehtiyaclarını hədəfləmək
-     Komanda ruhunu gücləndirmək
-     İdarə etmək və qərar vermək
-     Təşkil etmək, planlamaq, problem həll etmək
-     Strateji düşünmək.

 İxtisas Tələbləri və Təcrübə

-     İqtisadiyyat, biznes, idarəetmə və ya digər sahədə universitet təhsili.
-     Ən azı beş il idarəetmə təcrübəsi.
-     İstehsal təcrübəsi üstünlükdür.
-     Ofis kompüter proqramları biliyi.

Əmək Haqqı
Əmək haqqı razılaşma yolu ilədir.
Müəssisə haqqında

Dalğa-94 MMC tərkibində Woodpecker Mebel Fabriki hazırda Azərbaycan üzrə təxminən 200 nəfər işçi heyətinə malikdir. Biz ev mebelləri, o cümlədən mətbəx, qonaq və yataq dəstləri istehsal edirik və məhsullarımızın çeşidlərinin artırılması üzərində işləyirik. İstehsal proseslərində istifadə etdiyimiz xammal və hissələri əksərən Çin, Rusiya və Türkiyədən idxal edirik. Yaxın onillikdə Woodpecker qlobal bazara daxil olmaq əzmindədir.
Maraqlanan şəxslər CV-sini bu ünvana göndərə bilər gunay.rzayeva@woodpecker.com.az və ya 051 324 26 04 nömrəsi ilə əlaqə saxlaya bilər.
Son müraciət tarixi: 14 oktyabr 2012.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS