AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Lenkeran filialina Nezaretci (DemirBank)

 Duration: 04.03.2014 - 16.03.2014

 

DəmirBank ASC Lənkəran filialına Nəzarətçi vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

  • Filialın müştəri əməliyyatlarının  normativ sənədlərə uyğunluğuna nəzarət etmək;
  • Məsul icraçılar üzrə dövriyyə qalıq cədvəllərinin  düzgünlüyünə nəzarət etmək;
  • Filialda açılmış hesabların normativ  sənədlərə  uyğunluğuna nəzarət və təsdiqinin etmək;
  • Filialın möhür və ştamplarının  işçilərə təhkim olunmasına nəzarət etmək;
  • Filial büdcəsinin tərtib edilməsində iştirak etmək;
  • Kredit əməliyyatlarının uçotuna nəzarət etmək;
  • Əmanətlərin qəbulu və qaytarılması, faizlərin ödənilməsi üzrə sənədləşmələrin və uçot işinin düzgün aparılmasına nəzarət etmək;
  • Filialda kassa əməliyyatlarına nəzarət etmək;
  • Bank günü ərzində sənədlərin Bank proqramında düzgün yığılmasına nəzarət, balans proqramında yığılmış əməliyyatların təsdiqlənməsini həyata keçirmək;
  • Bankomatların inkassasiyasında bilavasitə iştirak etmək;
  • Filalın günün sənədlərinin tikilməsinə,  biznes əməkdaş qovluğunun arxivləşdirilməsi və saxlanmasını həyata keçirmək;
  • Balansdankənar hesablara nəzarət etmək;
  • 90 gündən çox faizləri hesablanmayan statusa aid edilmiş kreditlərin faizlərinə gündəlik nəzarət (hesablanması və ödənilməsi) etmək;
  • Balansdan silinmiş ümidsiz borclara, vergi sərəncamlarının və verilmiş kreditlərə görə götürülmüş girovların uçotuna nəzarət etmək;
  • Bank sirrinin qorunmasını təmin edir, bankdaxili korporativ davranış standartlarına və etik normalara riayət edir, daim bankın imic və mənafeyini qorumaq;
  • Bankdaxili iş rejiminə riayət etmək, həvalə olunmuş sahə üzrə filialdaxili sənəd dövriyyəsini həyata keçirmək;
  • Müştərilərin ödəniş əməliyyatlarının ilkin sənədlərə əsasən Bank
  • ödəniş sistemində yığımının ön ofisdə vaxtında həyata keçirilməsinə  nəzarət etmək;
  • Müştərilərə xidmətlə əlaqədar gecikmə baş verdikdə, əməliyyat sənədlərini reyestrlə müştəri xidməti işçisindən qəbul etmək, Bank   ödəniş sistemində yığımını həyata keçirmək;
  • Müştərilərin eyniləşdirilməsi məqsədilə anketləşdirilməyə nəzarət etmək;
  • Şübhəli əməliyyatlar (Pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı fəaliyyət çərçivəsində) barədə dərhal filial müdirini məlumatlandırmaq.

 

Namizədə qarşı tələblər:

  • Ali iqtisadi təhsil;
  • Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi;
  • Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
  • Yüksək ünsiyyət və problemləri həll etmə bacarıqlarına sahib olmalı;
  • Yüksək peşəkar etika və mənəvi-əxlaqi keyfiyyətlərə malik olmalı;
  • Ünsiyyət yaratmaq, dinləmək və müşahidə etmək, insan psixologiyasına bələd olmaq.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 mart 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Nəzarətçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS