AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Risk Departamenti IT Risklerin Idare Olunmasi sobesine tecrubeci (DemirBank)

 Duration: 11.03.2014 - 17.03.2014

 

DəmirBank ASC Risk Departamenti İT Risklərin İdarə Olunması şöbəsinə təcrübəçi qəbulunu elan edir.

İşin təsviri:

  • Risk departamentinin ayrı-ayrı şöbələri üçün yazılmış proqramlardan istifadə etməklə hesabatların təqdim edilməsi;
  • Mövcud proqramlar üzərində dəyişiklik etməklə yeni funksiyaların yaradılması və yeni hesabatların hazırlanması;
  • İT təhlükəsizliklə bağlı beynəlxalq standartların araşdırılması, yeniliklərin müzakirə edilməsi və bankın təhlükəsizlik siyasətinin beynəlxalq normalar əsasında tənzimlənməsi üçün təkliflərin hazırlanması;
  • İT risklərin vaxtaşırı ölçülməsi və qiymətləndirilməsi üçün İT audit hesabatından əldə edilmiş nəticələr əsasında risklərin minimuma endirilməsi üçün təkliflərin verilməsi və baş verə biləcək risklərin proqnozlaşdırılması.

 

Namizədə qarşı tələblər:

  • İqtisadi və ya kompüter elmləri sahəsində ali təhsili olmalı;
  • Azərbaycan dilini mükəmməl, ingilis və rus dillərini orta səviyyədə bilməli;
  • SQL sorğu və PL/SQL proqramlaşdırma dillərində baza bilikləri, Oracle verilənlər bazasının strukturu ilə tanış olmalı;
  • İşində dəqiq, məsuliyyətli, bilikləri artırmağa meyilli, mühitə tez uyğunlaşan, səmimi, işində planlı və səliqəli olmalı;
  • Yaş həddi 22-28 olanlara üstünlük verilir;
  • İT sahəsində yüksəlmək və inkişaf etmək istəyən gənclərə üstünlük veriləcək.

 

Namizədlər, təcrübə müddətini uğurla başa vurduqda Bankda işlə təmin olunmaq imkanı əldə edəcəkdir.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 17 mart 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Risk Departamenti İT Risklərin İdarə Olunması şöbəsinə təcrübəçi) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS