AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Reklam ve ictimai Elaqeler sobesinin mudiri (DemirBank)

 Duration: 08.05.2014 - 16.05.2014

 

DəmirBank ASC Marketinq Departamentində Reklam və İctimai Əlaqələr şöbəsinin müdiri vəzifəsinə işəqəbul elan edir.

İşin təsviri:

 

  • Reklam və İctimaiyyətlə Əlaqələr üzrə işin departamentin iş planına müvafiq olaraq təşkil edilməsi, Reklam və İctimaiyyətlə Əlaqələr üzrə büdcənin və planların hazırlanması;
  • Şöbənin əməkdaşları qarşısında vəzifələrin qoyuluşu, prioritetlərin, müddətlərin müəyyən edilməsi, yerinə yetirilmiş işin qəbulu və keyfiyyətinin qiymətləndirilməsi və s. işçi proseslərin idarə olunması;
  • Bankın brendinin və imicinin inkişafı, eləcə də xidmətlərin satışının artırılması üçün reklam və PR işinin təşkili və həyata keçirilməsi;
  • Reklam və PR kampaniyalarının və tədbirlərinin hazırlanması və həyata keçirilməsinə nəzarət:
    • Reklam və PR ideyaların yaradılması
    • Reklam və PR alətlərinin (TV, radio, İnternet, küçə reklamı, çap və s.) müəyyən edilməsi
    • Reklam və PR kampaniyasının büdcəsinin hazırlanması
    • Reklamların yerləşdirilməsi, media-planların hazırlanması və podratçı şirkətlər tərəfindən icrasına nəzarət
    • Reklam yerlərinin seçilməsinə və keyfiyyətinə nəzarət
    • Reklam və PR aksiyalarının koordinasiyası və nəzarəti
  • Reklam və promouşn materialların sifarişi, qəbulu, keyfiyyətə və filialların təmin edilməsinə nəzarət;
  • Filiallarda reklam və PR işlərinin / tədbirlərinin təşkili və nəzarət;
  • Filialların interyer və eksteryer tərtibatı işlərinin təşkili və nəzarət;
  • Təklif edilən filial yerinin (ərazinin cəlbediciliyinin və ofisin) və ATM yerinin qiymətləndirilməsində iştirak;
  • Tədbirlərin (korporativ / sosial / xeyriyyə, uduş kampaniyaları,  sərgi, yarmarka və s.) tədbirlərin keçirilməsində iştirak, reklam və tərtibat işlərinin həyata keçirilməsinin təşkili və nəzarət;
  • Reklam və PR işlərinin səmərəliliyinin qiymətləndirilməsi.

 

Namizədə qarşı tələblər:

  • Ali Təhsil;
  • Biznes və idarəetmə prinsipləri və strateji planlama bacarığına sahib olmaq;
  • Media məhsulları və kommunikasiya metodlarında təcrübəyə sahib olmaq;
  • Ünsiyyət, vaxtın idarə olunması, yüksək səviyyədə yazı, dinləmə, tənqidi düşüncə kimi bacarıqlara sahib olmaq;
  • PR və jurnalistika sahəsində təcrübə əlavə üstünlük sayıla bilər;
  • Göstərilən vəzifə üzrə ən azı 3 illik iş təcrübəsinin olması;
  • Mobil, dinamik, operativ, dəqiqlik, hər sözə dəqiqliklə yanaşma, müstəqil olaraq layihələri və tapşırıqları icra etmək;
  • MS Word, MS Excel kompüter proqramları və elektron poçt sistemi (e-mail) ilə işləmək bacarığı;
  • Azərbaycan, İngilis və Rus dillərində tam sərbəst yazı və danışıq qabiliyyəti.

 

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini 16 may 2014-cü il tarixinədək hr@demirbank.az elektron ünvanına göndərə bilərlər.

Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində (Reklam və İctimai Əlaqələr şöbəsinin müdiri) göstərməyiniz xahiş olunur. Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaqdır.

Yuxarıda qeyd edilənləri nəzərə alaraq bildirmək istəyirik ki, işə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.

 

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS