AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - "Avtomobillərin kompüter diaqnostikası üzrə mütəxəssis"peşəsi üzrə kurrikulumun hazırlanması sahəsində qısamüddətli böyük ekspert (NIRAS)

 Duration: 09.10.2017 - 17.10.2017

Azeri version

 

Aİ Texniki Yardım layihəsi

N° ENI/2016/381-796

Azərbaycanda Peşə Təhsili və Təliminin (PTT) inkişafına Avropa İttifaqının dəstəyi

NİRAS İsveç AB konsorsiumda aparıcı tərəfdaş qismində İspaniyanın Eductrade və İtaliyanın A.R.S. Progetti şirkətləri Peşə Təhsili və Təlimi (PTT) sahəsində aparılan islahatlara Texniki Yardım göstərmək məqsədilə layihə həyata keçirir. Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi (PTDA) ilə birgə əməkdaşlıq çərçivəsində və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilir. Layihənin icrasına 2017-ci ilin yanvar ayında başlanılmışdır və 33 ay müddətinə həyata keçirilməsi nəzərdə tutulur. Layihənin ümumi məqsədi PTT-nin bütün səviyyələrinin cəlbediciliyini və əmək bazarına uyğunluğunu artırmaqdır.

Layihə avtomobil nəqliyyatı sektorunda “Avtomobillərin kompüter diaqnostikası üzrə mütəxəssis” peşəsi üzrə kurrikulumun hazırlanması sahəsində qısamüddətli ekspert vəzifəsinə işçi axtarır. Qısamüddətli ekspert aşağıda qeyd edilmiş vəzifələrin icrası məqsədilə layihə komandası, xüsusilə, uzunmüddətli yerli ekspert və əsas ekspert, eyni zamanda benefisiarın nümayəndələri ilə birgə işləyəcəkdir.


İxtisas və bacarıqlar


Ümumi ixtisas və bacarıqlar:


Minimum tələblər:

Bakalavr dərəcəsi və ya seçilmiş sektorlar üzrə Peşə Təhsili və Təlimi və ya təhsil sahəsində peşəkar təcrübə

  • Yaxşı kompüter bacarıqları (Microsoft ofis proqramları)

  • Azərbaycan dilində mükəmməl yazmaq və danışmaq bacarığı

  • Mükəmməl təşkilati və ünsiyyət bacarığı

  • Müxtəlif tapşırıqları eyni vaxtda icra etmək və işləri vaxtında təhvil vermək bacarığı


Üstünlük verilən tələblər:

  • İngilis və rus dillərində yazmaq və danışmaq bacarıqları olanlara üstünlük veriləcək

 

Ümumi peşəkar təcrübə


Minimum tələblər:

  • Avtomobil nəqliyyatı sektoru üzrə ən azı 1 illik praktiki iş təcrübəsi

  • Avtomobil nəqliyyatı sektoru üzrə ən müasir texnoloji yeniliklər barədə məlumatlı olmaq

 

Xüsusi peşəkar təcrübə


Minimum tələblər:

  • Avtomobil nəqliyyatı sektoru üzrə “Avtomobillərin kompüter diaqnostikası mütəxəssisi” kimi və ya oxşar vəzifədə praktiki iş təcrübəsinin olması


Üstünlük verilən tələblər:

  • Avtomobil nəqliyyatı sektoru üzrə səriştə əsaslı kurrikulumların hazırlanması və icrası üzrə iş təcrübəsinin olması əsasdır, lakin peşə və kvalifikasiya standardlarının hazırlanması və ya icrası üzrə iş təcrübəsi isə arzuolunandır.


The job requires also travelling in the country. The assignment will start in October 2017 and will end in August 2019 for a period of about 23 months.


QEYD: Sosial sığorta və gəlir vergisi ödənilməsi üçün məsuliyyət işçinin üzərinə düşür.

QEYD: Dövlət qulluqçuları, benefisiarla müqavilə əsasında xidmət göstərən, layihə işi üçün dövlət qulluğundan ayrılan və ya benefisiarla müqaviləsini dayandıran şəxslərin müraciəti nəzərə alınmır.


Namizədlərdən CV-lərini (Europass formatda) əlavə məktubu ilə birgə "Avtomobillərin kompüter diaqnostikası üzrə mütəxəssis" başlığı ilə 17 oktyabr 2017-ci il tarixinədək aysel.huseynova@niras.com ünvanına göndərməsi xahiş olunur.

Seçilmiş namizədlər 2017-ci ilin oktyabr ayında müsahibəyə dəvət ediləcəkdir.


 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS