AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Mühasib (EAS)

 Duration: 11.06.2018 - 25.06.2018

 

 

İşəgötürən:


İşin adı:


Son müraciət tarixi:

Hayat Catering


Mühasib


25 iyun 2018-ci il

Tələb olunan keyfiyyətlər:

  • Mühasib kimi ən azı 3 il iş təcrübəsi MÜTLƏQ olmalıdır.
  • Maliyyə hesabatı da daxil olmaqla iş sahəsi ilə bağlı müxtəlif səpğili yazılı hesabatlar hazırlamaq bacarığı.
  • Şifahi və yazılı ünsiyyət qurmaq və İT bacarığı.
  • Gərgin vaxt məhdudiyyətli iş rejimində işləmək bacarığı.
  • Mükəmməl Azərbaycan və yaxşı ingilis dili.

İşin funksiyaları:

  • Təsərrüfat subyektinin maliyyə ehtiyaclarını müəyyən etmək;
  • Mühasibatlığa dair bütün müvafiq sənədləri dəqiq və düzgün doldurmaq, əməliyyatların uçotunun düzgün aparılmasına nəzarət etmək;
  • Aparılan əməliyyatların müqavilə şərtlərinin uyğunluğuna nəzarət etmək və onların qanuniliyinə əmin olmaq;
  • Prosedur və razılaşdırılmış vaxt çərçivəsinə əsasən bütün ödəniş tapşırıqlarını (hesab-fakturaları, qaimə-fakturaları və digər xərc sənədlərini) hazırlamaq və icra etmək;
  • Vergi, sosial sığorta və s. ödənişləri həyata keçirmək, onlara nəzarət etmək;
  • Aylıq, rüblük, illik bəyənnamə və hesabatları (vergi, sosial sığorta, statistika, məşğulluqvə s.) hazırlamaq;
  • İcraya qəbul olunmuş nağdsız və nagd pul əməliyyatları üzrə sənədlərə nəzarət etmək;
  • Növbəliliyə riayət olunmaqla ödəniş sənədlərinin icrasına nəzarət etmək;
  • Gündəlik gəlir və xərclərə dair ödəniş tapşırıqlarının prosedura uyğun yerinə yetirilməsini təmin etmək, büdcənin icrasına nəzarət etmək;
  • Əməliyyatların balans proqramında düzgün əks etdirilməsinə əmin olmaq;
  • Balans və balansdan kənar hesablar üzrə analitik uçot aparmaq;
  • Qəbul olunmuş formaya əsasən gün ərzində keçən əməliyyat və dövriyyələri təsdiq etmək;
  • Mühasibat uçotu məlumatlarını (şəxsi hesabdan çıxarış, dövriyyə-qalıq cədvəli, balans) tutuşduraraq yoxlamaq;
  • Əmək haqqı, müavinətlər, vergilər, ezamiyyələr, eləcə də sağlamlıq və ya qocalıq ilə əlaqədar işdən azad olma halları üzrə ödənişləri hesablamaq və qeydiyyatını aparmaq;
  • İşçilər arasında təhvil-təslim işlərinin vaxtında və düzgün aparılmasına nəzarət etmək;
  • Şirkətə daxil olan və gedən mal, material, xammalı yoxlayıb Muhasibat proqramına daxil etmək;
  • Hər ayın sonunda anbarda olan inventar siyahısının qalıqlarını hesablamaq;
  • Şirkətin maliyyə vəziyyəti barədə aylıq hesabat hazırlamaq;
  • Nağd pulu mütəmadi olaraq hesablamaq və qeydə almaq, kassada müvafiq məbləğin olmasını təmin etmək;
  • Sənədləri düzgün və vaxtında arxivləşdirmək, saxlanma müddəti bitmiş sənədləri məhv etmək;
  • Tabeçiliyində olan işçilərin işlərinə nəzarət, cavabdehlik və s.

 

MÜRACİƏT QAYDALARI 

Maraqlanan namizədlər müvafiq təcrübə və keyfiyyətlərini əks etdirən CV və niyyət məktubunu recruitment.baku@yahoo.com elektron poçtuna göndərməlidir. Niyyət məktubu əlavə olunmadan müraciətlərə baxılmayacaq. Elektron poçt vasitəsilə göndərdiyiniz müraciətinizin mövzusu bölməsində müraciət etdiyiniz vəzifənin adını göstərməyiniz xahiş olunur.

 

Yalnız yuxarıdakı meyarlara uyğun gələn namizədlər müsabiqənin növbəti mərhələsinə keçmə şansı qazanacaq.

 

Ərizələrin son qəbulu tarixi 25 iyun 2018-ci ildir.

 



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS