AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Baş Direktorun İnzibati Köməkçisi (Kaspi)

 Duration: 14.08.2018 - 14.09.2018

 

“Kaspi” Təhsil Şirkəti Baş Direktorun İnzibati Köməkçisi vəzifəsi üçün vakansiya elan edir.


Minimum vakansiya tələbləri:

  • Ali təhsil;
  • Azərbaycan və ingilis dillərində səlis şifahi və yazılı ünsiyyət bacarığı;
  • Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Güclü təşkilatçılıq, danışıq aparma və ünsiyyət bacarıqları;
  • Çox sayda tapşırıqları idarə etmək və təzyiq altında işləmək bacarığı;
  • Punktuallıq, təmkinlilik və məxfi məlumatlarla işləmək bacarığı;
  • Komandada işləmək bacarığı;
  • Dinamik, özündən əmin və gülərüz olmaq;
  • Microsoft Office proqramlarından sərbəst istifadə bacarığı.


Əsas vəzifə öhdəlikləri:

  • Şirkətin Baş Direktorunun inzibati-təşkilatçılıq fəaliyyətininin təşkilati-texniki təminatı üzrə işi həyata keçirir.
  • Şirkətin Baş Direktoruna baxılmaq üçün gələn yazışmanı qəbul edir, qəbul edilən qərara müvafiq onu struktur bölmələrinə iş prosesi zamanı istifadəyə yaxud cavabların hazırlanması üçün konkret şəxslərə verir.
  • Kargüzarlığı aparır, qərarların hazırlanması və qəbul edilməsi zamanı məlumatın yığılması, emalı və təqdim edilməsi üçün təyin edilmiş kompyuter texnikasından istifadə edərək müxtəlif əməliyyatları yerinə yetirir.
  • Şirkətin Baş Direktoru tərəfindən imzalanması üçün daxil olan sənədləri və şəxsi ərizələri qəbul edir.
  • Şirkətin Baş Direktorunun tapşırığı ilə zəruri olan sənəd və materialları hazırlayır.
  • Şirkətin Baş Direktoruna struktur bölmələri və konkret icraçılar tərəfindən imzalanmaq üçün verilən sənədlərin vaxtında baxılmasını və təqdim edilməsini təşkil edir.
  • Şirkətin Baş Direktorunun telefon danışıqlarını təşkil edir, o işdə olmadığı zaman alınan məlumatı qeyd edir və məlumatın məzmununu direktorun nəzərinə çatdırır, qəbuledici-danışıq qurğusu və telefonoqram vasitəsilə (telefaks, teleks) məlumatı qəbul edir və ötürür, rabitə kanalları üzrə alınmış məlumatı vaxtında ona təqdim edir.
  • Şirkətin Baş Direktorunun tapşırığına əsasən məktub, sorğu, digər sənədləri tərtib edir və məktub müəlliflərinə cavab hazırlayır.
  • Şirkətin Baş Direktorunun rəhbərliyi ilə keçirilən iclas və müşavirələrin hazırlanması (zəruri materialların yığılması, iştirakçılara müşavirənin keçiriləcək vaxtı və yeri, gündəlikdə olan məsələ, onların qeydiyyatı haqqında xəbər verir) üzrə işi yerinə yetirir, iclas və müşavirələrin protokollarını aparır və rəsmiləşdirir.
  • Şirkətin Baş Direktoru tərəfindən nəzarətində olan göstəriş və tapşırıqların Şirkətin işçiləri tərəfindən yerinə yetirilməsinə nəzarət edir.
  • Şirkətin Baş Direktorunun iş yerini zəruri təşkilati, texniki vasitələr, dəftərxana ləvazimatı ilə təmin edir, rəhbərin işinin effektivliyinə kömək edən şəraiti yaradır.
  • Şirkətin Baş Direktorunun göstərişinə əsasən onun işi üçün zəruri olan xidməti materialları çap edir və yaxud cari məlumatları məlumat bazasına daxil edir.
  • Qonaqların qəbulunu təşkil edir, işçilərin xahiş və təkliflərinin operativ baxılmasına yardım edir.
  • Fəaliyyəti ilə əlaqədar digər strukturlarla əlaqələndirməni təşkil edir.
  • Yaranmış və ya yarana biləcək çətinlikləri vaxtında və tam şəkildə aradan qaldırır və ehtiyac olduğu halda bu barədə birbaşa rəhbəri məlumatlandırır.
  • Digər tapşırılan müvafiq vəzifələri yerinə yetirir.



İş yeri: “Kaspi” Təhsil Şirkətinin Baş Ofisi (Ünvan: Xocalı pr. 86)

Elan tarixi: 14.08.2018

Son müraciət tarixi: 14.09.2018

  • Maraqlananlar http://kaspi.edu.az/career/ keçidinə daxil olub İşə müraciət formasını doldurmaqla müraciət edə bilərlər.
  • Yalnız müraciət formaları ilkin baxışdan uğurla keçən namizədlərlə əlaqə saxlanılacaq.





For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS