AzerWeb HomeAzeri
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Advanced search

 Job - Gəncə şəhər filialına Tərbiyəçi Ana (SOS)

 Duration: 27.10.2019 - 26.11.2019

 

İŞ ELANI

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 

 

“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası İctimai Birliyinin Gəncə şəhər filialına Tərbiyəçi Ana  vəzifəsinə iş elanı verir:

 

Vacib kriteriyalar

 

  • Subay 
  • Yaş həddi 32-45 arası
  • Təhsili orta ixtisas (ali təhsillilərə üstünlük verilir)
  • İş təcrübəsi: dayə, müəllimə, tərbiyəçi və tibb işçilərinə üstünlük verilir
  • Uşaq Kəndində yaşamağa və uzun müddətli işləməyə hazır olmalı (öhdəsində olan uşaqları ən azı bir nəsil 10-12 il böyüdənə kimi)

 

İşin təsviri

  • Uşağın tam inkişafını dəstəkləmək: uşaq və yeniyetmənin potensialı və ehtiyaclarını müəyyən edə bilir
  • Travmalı uşaqlar haqqında bilik və bacarıqlar olmalı
  • Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanması
  • Uşaqların təhsilinə dəstək
  • Uşaqların asudə vaxtlarının təşkili
  • Praktik həyati səriştələrin inkişaf etdirilməsi
  • Bioloji ailələrlə əlaqələrin dəstəklənməsi

 

Mütləq meyarlar

  • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi
  • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı
  • Sosial və təşkilati bacarıqlar
  • Komandada işləmək istəyi və bacarığı
  • Uşaq haqları və onların müdafiəsi haqda məlumatlılıq
  • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq
  • Əlavə Peşəyönümlü təhsil (Təlim, seminarlar)
  • Yüksək əxlaqi keyfiyyətlər 
  • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir)

 

Əlavə meyarlar

  • Psixo-pedaqoji sahədə əlavə təhsil (məsələn, ailə terapiyası, inkişaf psixologiyası və s.)
  • Dözümlülük, çeviklik 
  • Stress və böhranın idarə edilməsi bacarığı
  • İlk tibbi yardım göstərmək bacarığı

 

İş şəraiti

  • Ərazi – Gəncə şəhəri
  • Əmək haqqı – 550 AZN (vergilər daxil)
  • İstirahət günü – həftədə bir dəfə
  • Məzuniyyət günləri – 42 gün

 

Uyğun namizədlər öz CV-lərini aşağıdakı e-mail ünvanına göndərə bilərlər (yalnız elektron ərizələr nəzərə alınır). Lütfən nəzərə alın ki, yalnız göstərilən meyarlara ən çox uyğun gələn seçilmiş namizədlərlə əlaqə saxlanılacaq: cv@sos-az.org 

Əlaqə üçün: 055 227 47 28 

 

Xahiş olunur, məktubun "SUBJECT" qrafasında "Tərbiyəçi Ana " yazasınız. 

CV-lərin son göndərilmə tarixi: 26 Noyabr 2019-cu ildir.

“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası beynəlxalq təşkilatın nümayəndəliyi olaraq öz işçilərinə geniş inkişaf imkanları yaradır.



For Organizations
Login In:

Password:


Forget Password
New User



Mobil: (055) 669 68 89
WhatsApp: (055) 669 68 89
E-mail: farkhadov@gmail.com


EmploymentEmployment
Log In:

Password:


Forget Password
New User

>>> JOB SEEKERS