AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Job - Assistant (NNF)

 Duration: 26.05.2006 - 23.06.2006

 

 

 

Azərbaycan Milli QHT Forumu (MQF) vakansiya yerlərinə işçilərin qəbulu üçün

MÜSABİQƏ ELAN EDİR

18 may 2006-cı il

Köməkçi

Tələb olunan əsas göstəricilər:

Ali təhsilli;

Yüksək təmsilçilik və təqdim etmə bacarığı,

Əlaqələndirmə və sənədləşmə sahəsində iş təcrübəsi,

Kompüterdə VS Word, Excel, Outlook Express, Internet Explorer proqramlarında yaxşı işləmək qabiliyyəti,

Danışıq aparmaq, ünsiyyət qurmaq və təşkilatçılıq qabiliyyəti,

Karguzarlıq işlərini bilməli,

Hesabat hazırlama bacarığı.

Xarici dili bilənlərə üstünlük veriləcək.

Müsabiqənin şərtləri

Müraciət formaları

Hər hansı bir vəzifəni tutmaq istəyən namizədlər MQF-nin İcraçı Direktoruna ərizə ilə müraciət edirlər.

Ərizələr elektron poçt vasitəsılə də göndərilə bilər: faraset@ngoforum.in-baku.com ).

Müraciət edənin tərcümeyi-halı və 2 ədəd foto şəkili ərizəyə əlavə edilir.

Müraciət edənin təcrübəsini nümayiş edən sertifikatların surəti (əgər varsa) ərizəyə əlavə oluna bilər.

Namizədlərin seçimi

Namizədlərin seçilməsi Seçim Komissiyası tərəfindən həyata keçiriləcək.

Namizədlərin seçimi 3 mərhələ üzrə həyata keçirilir,

1-ci mərhələdə daxil olan ərizələr analiz olunaraq, hər bir vəzifə üzrə ən azı 3 ərizə seçiləcək,

2-ci mərhələdə seçilmiş ərizələr üzrə namizədlərlə şifahi müsahibə aparılır,

3-cü mərhələdə isə seçilmiş namizədlər elan edilir.

Müsabiqənin müddəti

Müsabiqə üzrə sənədlərin qəbulu 22 may 2006-cı il tarixdən başlayaraq həyata keçirilir,

Sənədlər hər gün saat 10.00-dan18.00-a qədər MQF-nin Mərkəzi Ofisində, S.Əsgərova küçəsi 85, 13-cü mərtəbə, otaq 1312 ünvanda qəbul edilir.

Müsabiqə üzrə sənədlərin son qəbulu 23 iyun 2006-cı ildə saat 18.00-a qədər həyata keçirilcək.

Əlavə məlumat üçün MQF-nin İcraçi Direktoru Fərasət Qurbanova müraciət edə bilərsiniz. Telefon: 498-19-40, 493-81-32, 330-76-01