AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Job - Credit Officer ( Sumqayit, Ganja, Quba, Sheki ) (RB)

 Duration: 28.03.2007 - 13.04.2007

 

RABITƏBANK KREDIT MÜTƏXƏSSISLƏRINI
REGIONAL FILIALLARINA IŞƏ DƏVƏT EDIR

Rabitəbank ASC beynəlxalq təşkilatlarla maliyyə əməkdaşlığı çərçivəsində regionlarda biznesin kreditləşməsi proqramını həyata keçirir. Bununla əlaqədar kredit mütəxəssisləri Rabitəbank-ın Sumqayıt, Gəncə, Quba və Şəki filiallarına perspektivli işə dəvət olunurlar.

Əsas vəzifələr:

Kredit üçün müraciət edən müştərilərlərlə işləmək
Kredit sifarişləri əsasında müştəri haqqında məlumat toplamaq
Müştərinin məlumatlarını təhlil etmək və müştəri üzrə maliyyə hesabatları tərtib etmək
Müxtəlif sahələr üzrə bazardakı tendensiyaları öyrənmək və təhlil etmək
Yeni kredit məhsulları üzrə təkliflər hazırlamaq

Namizədə qarşı tələblər:

23-35 yaş həddi
Ali iqtisadi təhsil (minimum bakalavr dərəcəsi)
Kredit sahəsində 1 ildən az olmayan iş təcrübəsi (bank təcrübəsinə üstünlük verilir)
Azərbaycan dilini mükəmməl bilməli (ingilis və rus dillərini bilənlərə üstünlük verilir)
MC Excel və digər ofis proqramlarında işləmək bacarığı
Analitik düşünmə qabiliyyəti

Göstərilən tələblərə cavab verən namizədlər öz CV formalarını rb@rabitabank.com elektron ünvanına yollamalı və yaxud bankın B.Sərdarov, 1 ünvanında yerləşən Bankın Baş ofisinə təqdim etməlidirlər. Əlavə məlumat üçün əlaqə telefonları: (+994 12) 492-57-61, 492-61-57