AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Job - Volunteer (EMC)

 Duration: 05.06.2008 - 27.06.2008

 

Azərbaycan Respublikasında
15 Oktyabr 2008-ci ildə keçiriləcək
Prezident Seçkisində Könüllülük fəaliyyəti üzrə
İctimai Elan

Fəaliyyətin qısa təsviri:

Seçki Monitorinq Mərkəzi (SMM) 15 oktyabr 2008-c ildə keçiriləcək prezident seçkisinin azad, demokratik və ədalətli keçirilməsi məqsədilə seçkilərin Uzunmüddətli və Qısamüddətli müşahidəsini, seçici fəallığının artırılması və seçicilərin məlumatlandırılmasına yardım etməyi nəzərdə tutur. SMM bu prosesdə ölkə vətəndaşlarının iştirakına xüsusi qayğı ilə yanaşır və onların SMM-in könüllüsü kimi fəaliyyət göstərməsini alqışlayır.

Fəaliyyətin adı: Könüllü

Fəaliyyət istiqamətləri:

15 oktyabr 2008-ci ildə keçiriləcək Prezident Seçkisində Uzunmüddətli müşahidəçi olmaq;
15 oktyabr 2008-ci ildə keçiriləcək Prezident Seçkisində Qısamüddətli müşahidəçi olmaq;
15 oktyabr 2008-ci ildə keçiriləcək Prezident Seçkisində seçici fəallığının artırılması yönündə ictimai müzakirələrdə, Vətəndaş Forumlarında, TV debatlarda iştirak etmək, təklif və ideyalar irəli sürmək;

Fəaliyyət ərazisı:

Azərbaycan Respublikası Bakı, Gəncə, Sumqayıt, Mingəçevir şəhərləri və Lənkəran , Şəki, Göycay, Xaçmaz, Quba, Yevlax, Bərdə, Cəlilabad, Zaqatala, İmişli, Əli Bayramlı rayonları.

Əsas tələblər və bacarıqlar:

yaşı 18-dən yuxarı olan Azərbaycan Respublikasının vətəndaşı;
Ən azı orta təhsilli olan;
Microsoft Office proqramlarında işləmək;

Qeyd: Ali və orta ixtisas məktəblərində təhsil alan gənclərə, həmçinin gənclər təşkilatlarının üzvlərinə üstünlük verilir.

SMM-də könüllü olmağın üstünlükləri:

SMM-in proqramlarında çalışmaq üçün imkan əldə etmək;
SMM-in gələcək fəaliyyəti üzrə təşəbbüslər irəli sürmək;
SMM vasitəsilə xarici ölkələrdə keçirilən seçkilərdə beynəlxalq müşahidəçi olmaq;

Ölkənin hər bir vətəndaşı SMM-in həyata keçirdiyi proqramlarda könüllü kimi fəaliyyət göstərə bilər.
Bunun üçün SİZ müfaviq ƏRİZƏ FORMASINI doldurub
SMM-in elektron poçt - info@emc-az.org ünvanına göndərə bilərsiniz.

http://www.emc-az.org/anket.php

SMM Azərbaycanda seçki sisteminin, vətəndaş cəmiyyəti və
demokratiyanın inkişafı yönündə fəaliyyət göstərən bitərəf və
müstəqil qeyri-hökumət təşkilatıdır.