AzerWeb HomeEnglish
ABCDEFGHIJKLMNOPQRSTUVWXYZAll

   
Ətraflı axtarış

 Press release - Press Release (LES)

 Press release date: 22.11.2004

 

Azərbaycanda QHT-lərin inkişafı üçün əlverişli hüquqi mühitin yaradılması

mövzusunda milli kampaniya çərçivəsində keçirilən

XATIRLATMA AYLIĞINDA iştirak edin

Hörmətli QHT-lər!

Azərbaycan QHT-ləri dəfələrlə öz hüquqi mühitlərinin yaxşılaşması üçün faydalı təkliflər hazırlayaraq dövlət orqanlarına ünvanlayıb. Belə müraciətlərə 2004-cü ilin iyun-iyul aylarında CRS və USAİD-nin dəstəyi ilə 6 təşkilatdan ibarət Əsas Qrupun 200-ə yaxın QHT-nin adından və onların imzası ilə Milli Məclis, Prezident Aparatı, Dövlət Sosial Müdafiə Fondu, Vergilər Nazirliyi, Ədliyyə Nazirliyi, Ali Məhkəməyə göndərdiyi Təkliflər Paketini misal çəkmək olar. Həmin müraciətə bu günə kimi münasibət bildirilməyib.

Bu təkliflər arasında QHT-lərin seçkilərdə müşahidəçiliyinə qoyulan məhdudiyyətlərin götürülməsi, 27 % miqdarında sosial sığorta haqqına yenidən baxılması, Vergi Məcəlləsinə və digər aktlara uyğun dəyişikliklər edilməsi, Dövlət və bələdiyyə sosial sifarişi, Xeyriyyəçilik və xeyriyyə təşkilatları, İcmalar haqqında, Qeyri-kommersiya təşkilatları haqqında qanunların qəbulu sadalanmışdı. 200-ə yaxın QHT-nin imzaladıqları təkliflərin gerçəkləşməsində israr etmələri və bunun göstəricisi kimi xatırlatma aylığında iştirak etmələri müsbət nəticələr verə bilər.

Bir ay davam etməsi nəzərdə tutulan xatırlatma aylığında hansı formada iştirak etmək olar?

QHT-lər ayda azı 2 dəfə Milli Məclis və Prezident Aparatına adı çəkilən təkliflərin reallaşması üçün əməli tədbirlər görmələrinə çağırış kimi telefonla zəng edə, poçt və elektron ünvanlarına məktublar, teleqramlar göndərə bilər. Xatırlatma aylığının effektliyi naminə QHT-lərin bu işə mümkün qədər eyni vaxtda başlamaları və əlavədə olan eyni mətni göndərmələri daha faydalı olardı. Nəzərinizə çatdıraq ki, QHT-lərin xatırlatma aylığında iştirakına cüzi də olsa dəstək vermək üçün 60 QHT-nin dövlət orqanlarına ayda iki dəfə teleqram göndərməsi üçün zəruri olan məbləğ (2 dəfə teleqram göndərmək üçün 12 $) nəzərdə tutulub. Bütün QHT-lərin mənafeyi naminə Sizi bu aksiyada iştiraka çağırır və iştirak edəcəyiniz halda mesajı aldıqdan sonra 3 gün müddətində bizi məlumatlandırmağınızı xahiş edirik.

Öncədən təşəkkürlər!

Əsas Qrup Koalisiyası

Əlaqə koordinatları:

1. Nailə Əliyeva - Yeni Nəsil Azərbaycan Jurnalistlər Birliyi AVCİ proqramı üzrə əlaqələndiricisi Ünvan: Bakı ş., Nizami küç. 96 Telefon: 98-27-53; 93-02-97 Faks: 98-23-37 Email: bakupressclub@azdata.net

2. Leyla Mədətova - Hüquq Maarifçiliyi Cəmiyyətinin AVCİ proqramı üzrə əlaqələndiricisi Ünvan: Bakı ş., Ş.Əzizbəyov küç. 199, mən.7 Telefon: 98-94-80; 98-81-75 Faks: 98-08-93 Email: Legal@azeri.com

3. Aytəkin İmranova D.Əliyeva adına Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin AVCİ proqramı üzrə əlaqələndiricisi Ünvan: Bakı ş., İçəri ş, 2-ci Mirzə Mənsurov küç 4/6, 492-91-66; 497-21-08; 461-04-12; 50-215-60-70; E-MAİL Telefon/Faks: 492-91-66; 497-21-08 Email: aytekin_az@aznetmail.com

4. Sanar Məmmədov - Azərbaycan Marketinq Cəmiyyətinin AVCİ proqramı üzrə əlaqələndiricisi Ünvan: H.Zərdabi pr.88 A, 1-ci mərtəbə Telefon: 30-57-57; 430-01-00 Faks: 430-01-00 Email: sanar@marketing.az

5. Mais Səfərli- Azərbaycan Diabet Cəmiyyətinin Şəki-Balakən bölgə şöbəsinin AVCİ proqramı üzrə əlaqələndiricisi Ünvan: Şəki ş., M.A.Rəsulzadə kü.193/32 Telefon: 365-91-91 Email: mais.office@rambler.ru

6. Şahin Əliyev- Gəncə Aqrobiznes Assosiasiyasından AVCİ proqramı üzrə əlaqələndiricisi Ünvan: Gəncə ş., Gəncə küçö24 Telefon: 636-37-46 Email: g_gaba@azeurotel.com