Müraciət müddəti bitib (12/1/2025). Təhsil: 89 açıq vakansiya
Gənclər üzrə liderlər (Bakı, Sumqayıt, Gəncə)
Təsvir
Gənclər üzrə liderlər (Bakı, Sumqayıt, Gəncə)
Təşkilat: EduVia MMC
Proqram: Sosial və Maliyyə Bacarıqları Təlim Proqramı
EduVia MMC Aflatoun proqramı üzrə təlimçi olmaq istəyən müəllim və psixoloqlar üçün müraciətləri qəbul edir. Proqram uşaqların və yeniyetmələrin maliyyə savadlılığını, şəxsi inkişafını və sosial məsuliyyətini dəstəkləyən beynəlxalq tədris modelinə əsaslanır.
Proqram uşaqlara/yeniyetmələrə aşağıdakı sahələrdə dəstək verir:
- Maliyyə savadlılığı
- Şəxsi inkişaf və emosional fərqindəlik
- Sosial məsuliyyət
- Peşə və sahibkarlıq bacarıqlarının inkişafını dəstəkləmək üçün hazırlanıb
Təlimçi kimi siz:
- Uşaqlar və yeniyetmələrlə iş bacarıqlarınızı gücləndirəcək,
- Yeni tədris alətləri və materiallar əldə edəcək,
- Kurikulumu öz regionunuzda tətbiq etmək imkanı qazanacaqsınız.
Namizədlərə tələblər:
- Ünsiyyətcil və dostcanlı
- Uşaqlar və gənclərlə iş və seminarların təşkili təcrübəsi
- Maliyyə savadlılığı, sosial məsuliyyət və ya əlaqəli mövzular haqqında anlayış
- Fərqliliklərə qarşı pozitiv və inkluziv yanaşma
- Vaxtın idarə edilməsi və təşkilati bacarıqlar
- Bakı, Sumqayıt və Gəncə şəhərlərindən olan iştirakçılar
Müraciət qaydası:
Təlimdə iştirak etmək və təlimçi kimi seçilmək üçün aşağıdakı link vasitəsilə onlayn müraciət formasını doldurmalısınız:
Müraciət forması: https://qfreeaccountssjc1.az1.qualtrics.com/jfe/form/SV_en8m887CiBTpXWm
Müraciət üçün son tarix: 1 Dekabr
EduVia MMC
6 elan
Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.
Şirkət profili