Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Direktor/İRM köməkçisi

    3/5/2026Deadline: 5/5/2026Baku, Azerbaijan

    Description

     

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 

    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi Ailə tipli qayğı layihəsinə Filial direktoru köməkçisi / İnsan Resursları Meneceri köməkçisi vəzifəsinə iş elanı verir.

    Filial direktoru köməkçisi / İnsan Resursları Meneceri köməkçisi ofis fəaliyyətinin və əməliyyatlarının səmərəliliyinin və Uşaq Kəndləri Proqramının (UKP), eləcə də təşkilatın siyasətlərinə uyğunluğunun koordinasiyasına cavabdehdir. Bu şəxs inzibati heyətə nəzarət edir və fəaliyyətin effektivliyini təmin etmək üçün iş bölgüsü aparır. Eyni zamanda İR Menecerinin köməkçisi funksiyasını yerinə yetirir və filial səviyyəsində sponsorluq proqramı üzrə işləri əlaqələndirir. Vəzifə ictimai yönümlü olduğuna görə namizəd mehriban, nəzakətli, peşəkar və operativ olmalıdır.

    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • UKP işçi heyətinin şəxsi fayllarının idarə edilməsi – işçi heyətinə aid sənədləri toplamaq, yeniləmək, sənədləşmə işini təşkil etmək;
    • Yerli əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq HR inzibati işlərini aparmaq (əmrlər, əmək/xidmət müqavilələri, məzuniyyətlər, arayışlar, şəxsi işlər, əmək kitabçaları və s.);
    • Uşaq Kəndi Proqramı çərçivəsində yeni işçilərin istiqamətləndirmə prosesinin təşkili və idarə olunmasında İnsan Resursları Menecerinə dəstək olmaq;
    • Xarici telefon zənglərini etmək, daxil olan zəngləri qəbul etmək və vahid kommunikasiya şəbəkəsini idarə etmək;
    • Gələn və gedən məktubların qeydiyyatını aparmaq;
    • Yerli iclasların protokollarını hazırlamaq, katiblik funksiyasını yerinə yetirmək;
    • UKP ilə bağlı təlim və seminarların texniki hazırlığına cavabdeh olmaq;
    • Ofis ləvazimatlarının ehtiyatını izləmək və lazım olduqda sifariş vermək;
    • Qonaqları (yerli və xarici) qarşılamaq, ehtiyac olduqda UKP haqqında ətraflı məlumat vermək;
    • Qonaqların səfəri zamanı UKP qonaq evinin yaxşı vəziyyətdə saxlanılmasını və yerləşdirmə ehtiyaclarının təmin olunmasını təşkil etmək;
    • Sponsorluq işi üzrə koordinator ilə sıx əməkdaşlıq etmək;
    • Proqram səviyyəsində sponsorluq işini təşkil etmək, uşaq və kənd sponsorluq məktubları, qeydiyyat formaları, çıxış bildirişləri və s. üçün digər əməkdaşlardan məlumat toplamaq;
    • Qış və yay sponsorluq kampaniyaları üçün proqram iştirakçısı olan uşaqların şəkillərini çəkmək.



    PROFİLİNİZ:



    • Ali təhsil; HR sahəsi ilə bağlı hər hansı sertifikat üstünlük hesab olunur;
    • İnzibati iş sahəsində ən azı 2 il iş təcrübəsi; İnsan Resursları sahəsində təcrübə üstünlükdür;
    • Ofis idarəetmə sistemləri və prosedurları üzrə bilik;
    • Vaxtı idarəetmə bacarığı, eyni anda bir neçə işi icra etmək və prioritetləri müəyyənləşdirmək bacarığı;
    • Əla səviyyədə yazılı və şifahi ünsiyyət bacarıqları;
    • Əmək qanunvericiliyi üzrə yaxşı səviyyədə bilik;
    • Azərbaycan dilini sərbəst, ingilis dilini yaxşı səviyyədə bilmək; rus dili arzuolunandır;
    • Yüksək kompüter bilikləri (MS Office).



    İŞ ŞƏRTLƏRİ:

    • Ünvan - Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189
    • 605.00 AZN (vergilər daxil) əmək haqqı;
    • Tam ştatlı əmək müqaviləsi - həftədə 5 gün; 09:00 - 18:00
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    Uşaq Müdafiəsi:

    • Uşaq Müdafiə Siyasətinə riayət etmək
    • Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

     

    Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə

    • Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
    • Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək 



    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

     


    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 15 mart 2026-cı il tarixədək “Filial direktoru köməkçisi / İRM köməkçisi” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik. 



                        Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! 








    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?