Məzmuna keç
    Vakansiya

    Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup Evi layihəsinə Sosial pedaqoq (Qadın namizəd)

    12/3/2025Son tarix: 1/11/2026Baku, Azerbaijan

    Təsvir


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi Kiçik Qrup Evi layihəsinə


    Sosial pedaqoq (Qadın namizəd)


       vəzifəsinə iş elanı verir:

     

    Kiçik Qrup Evi (qızlar üçün) Layihəsi gənclərin müstəqil həyata hazırlanmaları üçün lazımi bacarıqların inkişaf etdirilməsi üçün fəaliyyət göstərir. Gənclərə Qayğı məsləhətçisinin əsas vəzifəsi layihədən faydalanan gənclərin cəmiyyətə uğurlu inteqrasiyasının təmin edilməsinə dəstək göstərməkdir. 

     

    PROFİLİNİZ:

     

    • 35-45 yaş arası xanım namizəd;
    • Ali təhsil (Pedaqogika və ya psixologiya sahəsində təhsil üstünlükdür);
    • Uşaq və ya gənclərlə iş sahəsində azı 2 illik iş təcrübəsi (beynəlxalq təşkilatlarda iş təcrübəsi üstünlükdür)
    • Mentorluq bacarığı;
    • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
    • Sosial və təşkilati bacarıqlar;
    • Stressə davamlılıq;
    • Komandada işləmək istəyi və bacarığı;
    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
    • Ölkədəki təhsil və sosial sistem haqda məlumatlılıq;
    • Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);
    • İlkin tibbi yardım bacarığı;
    • Kompüter biliyi (MS Office);

     

    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Gənclərin Fərdi İnkişaf Planlarının hazırlanması və həyata keçirilməsində dəstək göstərmək;
    • Gənclərə təhsil seçimi, şəxsi inkişaf və peşə istiqamətləndirilməsi sahəsində dəstək göstərmək;
    • Gənclərə sosial və müstəqil yaşam bacarıqlarının inkişaf etdirilməsində dəstək göstərmək;
    • Müstəqil olaraq gənclərin özlərinin gündəlik həyatının təşkil edilməsini öyrətmək və ya təmin etmək; 
    • Maliyyə və büdcə məsələlərinin tənzimlənməsini gənclərə öyrətmək;  
    • Gənclər üçün iş yerlərinin tapılmasında/işlə təmin olmasında dəstək göstərmək, gənclərə müstəqil olaraq iş axtarılmasını öyrətmək;
    • Təhsil ocaqları və iş yerləri ilə sıx əməkdaşlıq etmək; 
    • SOS Uşaq Kəndi, bioloji ailələr və icma ilə əməkdaşlıq etmək;
    • Gənclərin asudə vaxtlarını təşkil etmək;






    Uşaq Müdafiəsi:

    • Uşaq Müdafiə Siyasətinə riayət etmək
    • Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

     

    Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə

    • Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
    • Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək 

     

    İŞ ŞƏRTLƏRİ:

     

    • Ünvan –Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189;
    • 450.00 AZN (vergilər daxil) əmək haqqı;
    • Növbəli iş rejimi
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 11 yanvar 2026-cı il tarixədək “Gəncə SOS Uşaq Kəndi/ Sosial Pedaqoq-KQE-Qızlar” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.



    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



    Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!



     

       

     

     




    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Oxşar vakansiyalar — Təhsil

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan