“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir.
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Milli ofisinə
Mühasib
vəzifəsinə iş elanı verir:
|
Mühasib Assosiasiyanın qrant idarə edilməsi prosesinin donorların tələb və qaydalarına uyğunlaşdırılmasını təmin edir.
PROFİLİNİZ:
- Ali təhsil (Mühasibat uçotu, maliyyə və ya iqtisadiyyat sahəsində)
- Azərbaycan Respublikasının vergi qanunvericiliyini yaxşı bilmə
- Müvafiq vergi hesabatlarının hazırlanmasında minimum 2 il iş təcrübəsi
- Microsoft Excel, BTP proqramı, e-taxes.gov.az və digər elektron portallarla işləmə bacarığı
- Dəqiqlik, məsuliyyətlilik və vaxtında hesabat vermək bacarığı
- Komandada işləmək və məlumatları konfidensial saxlamaq bacarığı
- Beynəlxalq mühasibatlıq qaydaları sahəsində biliklər
- Azərbaycan dili - əla, rus dili – yaxşı, ingilis dili - yaxşı
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Donor tələbləri üzrə maliyyə hesabatlarını vaxtında və düzgün şəkildə hazırlamaq
- Lazım olduqda tərəfdaşlara və daxili komandalara donor qaydaları ilə bağlı təlimlər keçmək
- Maliyyə və uyğunluqla bağlı riskləri müəyyənləşdirərək rəhbərliyə tövsiyələr təqdim etmək
- Daxili və xarici audit proseslərində iştirak etmək və tələb olunan sənədləri təqdim etmək
- İanələrin qeydiyyatının aparılması. Gəlirin düzgün və şəffaf şəkildə uçotunun aparılması
- Aylıq və illik maliyyə hesabatlarının hazırlanaraq rəhbərliyə təqdim olunması
- Bank və ya nağd əməliyyatların sənədləşdirilməsi
- Azərbaycan Respublikasının vergi qanunvericiliyinə əsasən aylıq, rüblük və illik vergi hesabatlarının hazırlanması və vaxtında təqdim olunması:
- Əlavə dəyər vergisi (ƏDV)
- Gəlir vergisi / Mənfəət vergisi
- Sadələşdirilmiş vergi
- Əmlak vergisi, torpaq vergisi (əgər tətbiq olunursa)
- Fiziki şəxslərlə bağlanan müqavilələr üzrə ödəmələr və vergi tutulmaları
- DSMF (sosial sığorta), İşsizlik sığortası və Məşğulluq Haqqı üzrə hesabatların hazırlanması və təqdim olunması
ÜSTÜNLÜKLƏR:
- ACCA, CIMA və ya digər mühasibatlıq üzrə beynəlxalq sertifikatlara malik olmaq
- Dynamic 365, SAP və ya digər ERP sistemlərində işləmə təcrübəsi
- Vergi yoxlamalarında iştirak etmiş olmaq
İŞ ŞƏRTLƏRİ:
- Ünvan –Bakı şəhəri, Nizami küç. 137/1
- 1500 AZN (vergilər daxil) əmək haqqı;
- İş rejimi; 09:00-18:00
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
Uşaq Müdafiəsi:
- Uşaq Müdafiə Siyasətinə riayət etmək
- Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək
Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə
- Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
- Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV 31 avqust 2025-ci il tarixədək “Milli ofis_Mühasib” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!
Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytında yerləşdirilir!
|