Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Sosial İşçi 

    10/16/2024Deadline: 10/31/2024Baku, Azerbaijan

    Description

    Sosial İşçi 

    Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) və Avropa İttifaqının (EU) maliyyə dəstəyi ilə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası “İqtisadi, ekoloji və sosial dayanıqlılıq sahəsində boşluqların azaldılması məqsədilə kənd yerlərində innovasiyaların təşviq edilməsi” (BRIDGES) layihəsini icra etməyi planlaşdırır. 

    Layihə 10 ay müddətində Füzuli rayonunun məcburi köçkünlər məskunlaşan 5 qəsəbə və ya kəndində təxmini 200 nəfər həssas qrupa daxil olan qadınlar və gənclər üçün dayanıqlı icma əsaslı inkişaf təcrübələrini təşviq etməklə onların sosial-iqtisadi və ekoloji cəhətdən gücləndirilməsinə dəstək olmağı nəzərdə tutur. Bu məqsədlə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası aşağıdakı vakansiya üçün iş elan verir. 

    Sosial İşçi – benefisiarların müəyyənləşdirilməsi və cəlb edilməsi, onların layihə fəaliyyətlərində yaxından iştirakının təmin edilməsi, eləcə də layihənin sosial istiqamətdə fəaliyyətlərinin icra olunmasına məsuliyyət daşıyacaq. Layihənin qadın benefisiarlarının sosial ehtiyaclarını qiymətləndirəcək, onları ictimai və özəl tərəfdaşlara yönləndirəcək, layihə Psixoloqu ilə birlikdə təlim və konsultasiya sessiyaları keçirəcək.

    Öhdəliklər: 

    • Potensial icmaların və benefisiarların müəyyən edilməsi, məlumatların toplanması və uyğun gələnlərin layihəyə cəlb edilməsi. 
    • Regional və yerli səviyyədə ictimai və özəl tərəfdaşlarla əlaqələrin qurulmasına dəstək göstərilməsi. 
    • Hədəf icmalarda gənc könüllülərin müəyyən edilməsi və onlarla icma inkişafı ilə bağlı layihə işlərinin aparılması. 
    • Könüllülər vasitəsilə digər gənclərin peşə təhsilinə marağının və imkanlarının artırılması. 
    • Benefisiarların sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi, müvafiq tədbirlərin planlaşdırılması və bazar araşdırmalarının aparılmasına dəstək göstərilməsi.
    • Benefisiarların ehtiyacına uyğun psixo-sosial təlim paketlərinin hazırlanması, təlimlərin və məlumat sessiyalarının keçirilməsinə dəstək göstərilməsi. 
    • Benefisiarların sosial-iqtisadi ehtiyaclarına uyğun olaraq onların müvafiq ictimai və özəl qurumlara yönəldilməsi və prosesin fasilitasiya edilməsi. 
    • İcma özünüinkişaf qruplarının fəaliyyətlərinin davamlılığı üçün müvafiq təbliğat-təşviqat işlərinin aparılması. 
    • İcma və qrup üzvlərinin layihə fəaliyyətlərindən bərabər hüquqlu və adekvat qaydada istifadə imkanlarının dəstəklənməsi. 
    • Layihə üzrə müvafiq məlumat və tanıtım materiallarının hazırlanmasına dəstək göstərilməsi. 
    • Layihə fəaliyyətləri, çətinliklər və uğurlar haqqında mütəmadi olaraq inkişaf hesabatlarının təqdim olunması.

     

    Tələblər: 

    • Uyğun sahələr üzrə ali və ya orta ixtisas təhsili: sosiologiya, psixologiya, pedaqogika və s.;
    • Yüksək səviyyədə komandada işləmə bacarıqları və azı 5 illik təcrübə;
    • İcma quruculuğu və ya sosial iş üzrə azı 5 illik təcrübə;
    • Kənd yerlərində icma inkişaf layihələrinin icrası və tərəfdaşlarla əlaqələrin qurulması üzrə azı 5 illik təcrübə;

     

    • Yüksək səviyyədə təlimçilik, kommunikasiya və şəbəkələşmə bacarıqları;
    • Azərbaycan dilində səlis danışmaq və qrammatik cəhətdən düzgün yazmaq bacarıqları; 
    • Regionda yaşaması və ya tanıması üstünlükdür.

     

    İş şərtləri:

    • Tam ştat məşğulluq - 5 günlük iş həftəsi, saat 09:00-18:00.
    • İş yeri: Füzuli rayonu.
    • Əmək haqqı (vergilər və digər tutulmalar daxil): 1149.72 AZN
    • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işçilərin uçotu aparılır.

     

    Təklifimiz: 

    Peşəkar və insan səriştəsinin ön planda olduğu beynəlxalq QHT iş mühiti və məsuliyyətli bir vəzifə.



     

    Müraciət etmək üçün müraciətinizi (motivasiya məktubu və CV) ən geci 31 oktyabr 2024-cü il tarixinədək [email protected] ünvanına mövzu hissəsində “ Sosial İşçi BRİDGES” qeyd etməklə göndərməyiniz xahiş olunur.


    Nəzərə alın ki, yalnız uyğun hesab olunan namizədlərlə əlaqə saxlanılacaq!


    Onu da qeyd edək ki, SOS CV Azerbaijan-ın iş elanları yalnız www.azerweb.az saytında dərc olunur!





    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?