“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə Şəhər filialı Erkən uşaq inkişafı layihəsinə DAYƏ vəzifəsinə iş elanı verir: |
Gəncə SOS Uşaq Kəndi Erkən Uşaq İnkişafı layihəsinin məqsədi Gəncə şəhəri və ətrafında yaşayan 0-6 yaş qrupuna daxil olan uşaqların fiziki, koqnitiv, emosional və sosial ehtiyaclarını qarşılayan tərbiyəvi və inkişaf etdirici mühitin yaradılması və oyuna əsaslanan öyrənmə və sağlamlıq monitorinqini həyata keçirməklə onların erkən inkişafına töhvə verməkdir.
Dayə uşağın rifahını təmin etməyə, qrupun təmizliyinə, gigiyena qaydalarının izlənməsinə riayət etməyə məsuldur. O, vaxtlı-vaxtında uşaqlara qidanın paylanmasını həyata keçirir və yeməklərin yeyilməsi zamanı uşaqlara yardım göstərir. Dayə uşaqlara qarşı mehribanlıq və yüksək həssaslıq hissi nümayiş etdirir.
Bu vəzifəyə qəbul olunacaq namizəd uşaq və insan hüquqlarının qorunduğu bir təşkilatın üzvü olacağı üçün ondan məhkumluğun olub-olmamasına dair arayış və ötən iş yerlərindən xarakteristikalar (rəylər) tələb olunacadır. Uğurlu namizədin vəzifə üzrə bilik və bacarıqları ilə yanaşı müdafiəyə olan yanaşması da araşdırılacaq və qiymətləndiriləcəkdir.
PROFİLİNİZ:
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
İŞ ŞƏRTLƏRİ:
Uşaq Müdafiəsi:
Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV 19 sentyabr 2024-cü il tarixədək “Gəncə şəhər Filialı/Dayə” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! Qeyd: SOS Azərbaycanın iş elanları yalnız www.azerweb.az və www.jobsearch.az saytlarında yerləşdirilir. |

435 announcements