“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi UNİCEF Azərbaycanın maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün icma əsaslı sosial xidmətlərin göstərilməsi layihəsi”nin icrası istiqamətində HÜQUQŞÜNAS vəzifəsinə iş elanı verir |
Layihənin məqsədi icma əsaslı sosial iş və vəkillik xidmətləri göstərməklə zorakılığa (həmçinin gender zorakılığı) məruz qalan 200-ə yaxın həssas uşağa dəstək göstərmək, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım xidmətlərini təmin etmək, onların fiziki sağlamlığını və rifahını gücləndirməkdir.
Hüquqşünas benefisiar uşaq və ailələrlə hüquqi xidmətin göstərilməsinə məsuldur.
PROFİLİNİZ:
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
UŞAQ MÜDAFİƏSİ:
İŞ ŞƏRTLƏRİ:
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? CV-nizi, motivasiya məktubunuzu və 1 saatlıq xidmət haqqınızın manatla məbləğini (vergilər və digər tutulmalar daxil) 14 iyul 2024-cü il tarixədək “Gəncə SOS UK/ Hüquqşünas/UNICEF” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az saytında yerləşdirilir! |

435 announcements