Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    SOSİAL İŞÇİ (yarım ştat)

    5/10/2024Deadline: 5/20/2024Baku, Azerbaijan

    Description


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 



    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi UNİCEF Azərbaycanın maliyyə  dəstəyi ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün icma əsaslı sosial xidmətlərin göstərilməsi layihəsi” nin icrası istiqamətində 


    SOSİAL İŞÇİ (yarım ştat)


       vəzifəsinə iş elanı verir

     

    Layihənin məqsədi icma əsaslı sosial iş və vəkillik xidmətləri göstərməklə zorakılığa (həmçnin gender zorakılığı) məruz qalan 200-ə yaxın həssas uşağa dəstək göstərmək, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım xidmətlərini təmin etmək, onların fiziki sağlamlığını və rifahını gücləndirməkdir.

     

    Sosial işçi layihə kordinatoru və hüquqşünası ilə koordinasiya və müvafiq vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq şəklində Gəncə şəhəri və ətrafında İcra Hakimiyyətlərinin, Təhsil və Polis İdarələrinin, Sosial Xidmətlər Agentliyi və DOST mərkəzinin, həmçinin məktəb və penitensiar müəssisələrinin müvafiq şöbələri ilə əlaqə saxlayaraq potensial benefisiarları və onların qayğıgöstərənlərini müəyyənləşdirir, onlarla əlaqə saxlayır, layihəyə cəlb edir, müvafiq qurumlara yönəldir və keys idarəedilməsi işini aparır. 



    PROFİLİNİZ:

     

    • Sosial iş üzrə ali təhsil;
    • Sosial iş üzrə 3 illik iş təcrübəsi (xüsusilə icma əsaslı, sosial yönümlü layihələrdə);
    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq; 
    • Keyslərin idarəedilməsi bilik və təcrübəsi;
    • Peşəyönümü əlavə təhsil (təlim, seminarlar);
    • Sosial və təşkilati bacarıqlar;
    • Yüksək ünsiyyət bacarığı, o cümlədən, dövlət qurumları ilə əlaqə qurmaq qabiliyyəti;
    • Fərdi və komandada işləmək istəyi və bacarığı;
    • Stress altında işləmək bacarığı;
    • Kompüter biliyi (MS Office);



    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Uyğun benefisiarların cəlb edilməsi məqsədilə potensial benefisiar və onların qayğıgöstərənləri haqqında məlumat toplamaq və müvafiq baza yaratmaq;
    • Layihə işçiləri ilə koordinasiya şəklində benefisiarların psixo-sosial və hüquqi problemlərini müəyyən etmək üçün fərdi qiymətləndirmə aparmaq və bu problemlərin həlli istiqamətində sosial iş tədbirlərini planlamaq və planı icra etmək;  
    • Hər bir benefisiar uşaqla keys idarəedilməsi prosesi çərçivəsində azı altı ay empirik, dəstəkləyici sosial iş aparmaq, həmçinin onların bacarıqlarının artırılmasını təmin etmək. Məs: uşaq hüquqları və müdafiəsi haqqında məlumatlılığın artırılması, sosial bacarıqların təkmilləşdirilməsi və s.;
    • Qayğıgöstərənlərə pozitiv valideynlik, uşaq hüquqları və müdafiəsi barədə məlumat vermək,  onları iştirakçılığa ruhlandırmaq, stiqmaları aradan qaldırmaq və adekvat ailə modelini və icma ilə işi təşviq etmək;
    • Layihə işçiləri ilə kordinasiya şəklində benefisiarların psixo-sosial və hüquqi problemlərinin həlli istiqamətində ictimai, sosial və hüquqi yardım xidmətlərindən yararlanmalarına dəstək göstərmək. Məs: sosial müavinatların əldə edilməsi, o cümlədən ünvanlı dövlət sosial yardımı, əlilliyin və müvafiq kompensasiyaların müəyyən edilməsi və s.;
    • Məktəb qiymətləri aşağı olan benefisiarları tərəfdaş məktəblər vasitəsilə məktəbdənkənar əlavə təhsilə cəlb etmək;
    • Layihə rəhbəri və işçi heyətinin mütəmadi olaraq layihə fəaliyyətləri, çətinlik və uğurlar barədə məlumatlandırmaq.

     

    UŞAQ MÜDAFİƏSİ:

     

    • Uşaq Müdafiə Siyasətinə riayət etmək
    • Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

     

    İŞ ŞƏRTLƏRİ:

     

    • Ünvan: Gəncə şəhəri, Azərbaycan Bayrağı küçəsi 189 (3 nömrəli xəstəxananın yaxınlığı);
    • Əmək haqqı: 500.00 AZN (vergilər daxil);
    • Yarım günlük iş rejimi; 
    • Həftədə 2 gün istirahət;
    • Layihənin müddəti: 12 ay
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.




    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 20 May 2024-cü il tarixədək “Gəncə SOS Uşaq Kəndi/Sosial İşçi/UNICEF/yarım ştat” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!


    Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!



     

       

     

     




    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?