“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi UNİCEF Azərbaycanın maliyyə dəstəyi ilə “Uşaqlara qarşı zorakılığın qarşısının alınması üçün icma əsaslı sosial xidmətlərin göstərilməsi layihəsi” nin icrası istiqamətində SOSİAL İŞÇİ vəzifəsinə iş elanı verir |
Layihənin məqsədi icma əsaslı sosial iş və vəkillik xidmətləri göstərməklə zorakılığa (həmçnin gender zorakılığı) məruz qalan 200-ə yaxın həssas uşağa dəstək göstərmək, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım xidmətlərini təmin etmək, onların fiziki sağlamlığını və rifahını gücləndirməkdir.
Sosial işçi layihə kordinatoru və hüquqşünası ilə koordinasiya və müvafiq vətəndaş cəmiyyəti təşkilatları ilə əməkdaşlıq şəklində Gəncə şəhəri və ətrafında İcra Hakimiyyətlərinin, Təhsil və Polis İdarələrinin, Sosial Xidmətlər Agentliyi və DOST mərkəzinin, həmçinin məktəb və penitensiar müəssisələrinin müvafiq şöbələri ilə əlaqə saxlayaraq potensial benefisiarları və onların qayğıgöstərənlərini müəyyənləşdirir, onlarla əlaqə saxlayır, layihəyə cəlb edir, müvafiq qurumlara yönəldir və keys idarəedilməsi işini aparır.
PROFİLİNİZ:
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
UŞAQ MÜDAFİƏSİ:
İŞ ŞƏRTLƏRİ:
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 20 May 2024-cü il tarixədək “Gəncə SOS Uşaq Kəndi/Sosial İşçi/UNICEF/tam ştat” adlı başlıqla [email protected] e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir! |

435 announcements