Layihə Koordinatoru/Biznesin İnkişafı Mütəxəssisi
Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) və Avropa İttifaqının (EU) maliyyə dəstəyi ilə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası “İqtisadi, ekoloji və sosial dayanıqlılıq sahəsində boşluqların azaldılması məqsədilə kənd yerlərində innovasiyaların təşviq edilməsi” (BRIDGES) layihəsini icra etməyi planlaşdırır.
Layihə 10 ay müddətində (May 2024-Fevral 2025) Füzuli rayonunun məcburi köçkünlər məskunlaşan 5 qəsəbə və ya kəndində təxmini 200 nəfər həssas qrupa daxil olan qadınlar və gənclər üçün dayanıqlı icma əsaslı inkişaf təcrübələrini təşviq etməklə onların sosial-iqtisadi və ekoloji cəhətdən gücləndirilməsinə dəstək olmağı nəzərdə tutur. Bu məqsədlə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası aşağıdakı vakansiya üçün iş elan verir.
Layihə Koordinatoru/Biznesin İnkişafı Mütəxəssisi – layihənin və komandanın birbaşa idarə olunması, büdcənin icrası, layihə fəaliyyətləri və maliyyə hesabatlarının hazırlanması üçün məsuliyyət daşıyacaq. Hədəf icmaları müəyyən etmək və layihə fəaliyyətlərini həyata keçirmək məqsədilə regional və yerli səviyyəli ictimai və özəl tərəfdaşlarla əlaqə quracaq. Həmçinin biznes sahəsi üzrə layihə fəaliyyətlərinə cavabdeh olacaq.
Öhdəliklər:
- Layihənin fəaliyyətlərinin və komandanın effektiv və çevik qaydada idarə olunması.
- Büdcənin səmərəli qaydada icrasına nəzarət olunması, layihənin fəaliyyətləri üzrə inkişaf və maliyyə hesabatlarının hazırlanması.
- Regional və yerli səviyyədə ictimai və özəl tərəfdaşlarla əlaqələrin qurulması və layihənin tanıtımı, müvafiq layihə fəaliyyətlərinə cəlb edilməsi, mütəmadi görüşlərin və tədbirlərin keçirilməsinin təmin olunması.
- Hədəf icmaların müəyyən edilməsi, (gənc könüllülər də daxil olmaqla) icma və qrup üzvlərinin cəlbi və layihə fəaliyyətlərinin icrası üçün sahə işlərinin təşkili.
- Cəlb olunmuş qrup və icma üzvləri üçün sosial-iqtisadi və ətraf mühit üzrə müvafiq təlimlər, məlumat sessiyaları və icma tədbirlərinin təşkilinin və digər layihə fəaliyyətlərində yaxından iştirakının təmin olunması.
- İcma üzvlərinin müvafiq ictimai və özəl qurumlara əlaqələrinin inkişafının təmin edilməsi.
- İcma və qrup üzvlərinin layihə fəaliyyətlərindən bərabər hüquqlu və adekvat qaydada istifadə imkanları əldə etməsinin təmin olunması.
- Layihə üzrə müvafiq məlumat və tanıtım materiallarının hazırlanmasının və nəşrinin təmin olunması.
- Layihə fəaliyyətlərini əhatə edən sahələr üzrə (ilkin və yekun dövrlər üçün) sosial-iqtisadi ehtiyac və məmnunluq sorğularının təşkili, idarə olunması, toplanmış məlumatların analiz olunması və müvafiq hesabatların hazırlanması.
- Layihə fəaliyyətlərini əhatə edən sahələr üzrə əmək bazarının və kiçik biznesin inkişafı üçün yerli imkanların araşdırılması və müvafiq hesabatların hazırlanması.
- Biznes qrup üzvlərinin potensialına uyğun məşğulluq imkanlarının müəyyənləşdirilməsi, biznes mövzular üzrə təlim paketlərinin hazırlanması və təlimlərin keçirilməsi.
- Biznes qrup üzvlərinin özünüməşğulluq istiqamətində fəaliyyətlərini inkişaf etdirmək üçün dəstəkləyici tədbirlərin icrası və müvafiq ictimai və özəl tərəfdaşlarla əməkdaşlıq imkanlarının genişləndirilməsi.
- İcma özünüinkişaf qrupları vasitəsilə hədəf icmaların layihə fəaliyyətlərində aktiv şəkildə iştirakının və kiçik investisiya fəaliyyətləri üçün fandreyzinq prosesinə qoşulmasının təşviq olunması.
Tələblər:
- Uyğun sahələr üzrə ali təhsil: iqtisadiyyat, biznesin idarəolunması və s.;
- Yüksək səviyyədə layihə və komanda idarəetmə bacarıqları və azı 5 illik təcrübə;
- Kiçik və orta biznes üzrə təlimlərin keçirilməsi, biznes planların hazırlanması və idarəolunması üzrə azı 10 illik təcrübə;
- Kənd yerlərində icma inkişaf layihələrinin icrası və tərəfdaşlarla əlaqələrin qurulması üzrə azı 10 illik təcrübə;
- Yüksək səviyyədə təlimçilik, kommunikasiya və şəbəkələşmə bacarıqları;
- Yüksək səviyyədə analitik araşdırma və hesabat hazırlama bacarıqları;
- Azərbaycan dilində səlis danışmaq və qrammatik cəhətdən düzgün yazmaq bacarıqları;
- Regionda yaşaması və ya tanıması üstünlükdür.
İş şərtləri:
- Tam ştat məşğulluq - 5 günlük iş həftəsi, saat 09:00-18:00.
- İş yeri: Füzuli rayonu.
- Əmək haqqı (vergilər və digər tutulmalar daxil): 788 CHF (Isveçrə Frankı).
- Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işçilərin uçotu aparılır.
Təklifimiz:
Peşəkar və insan səriştəsinin ön planda olduğu beynəlxalq QHT iş mühiti və məsuliyyətli bir vəzifə.
Müraciət etmək üçün müraciətinizi (motivasiya məktubu və CV) ən geci 10 May 2024-cü il tarixinədək [email protected] ünvanına mövzu hissəsində “ Layihə Koordinatoru/Biznesin İnkişafı Mütəxəssisi ” qeyd etməklə göndərməyiniz xahiş olunur.
Nəzərə alın ki, yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq!
Onu da qeyd edək ki, SOS CV Azerbaijan-ın iş elanları yalnız www.azerweb.az saytında dərc olunur!
|