Məzmuna keç

    Müraciət müddəti bitib (5/10/2024). Tibb və səhiyyə: 30 açıq vakansiya

    Vakansiya

    Psixoloq (yarım ştat) 

    4/25/2024Son tarix: 5/10/2024Baku, Azerbaijan

    Təsvir

    Psixoloq (yarım ştat) 

     

    Beynəlxalq Qızıl Xaç və Qızıl Aypara Cəmiyyətləri Federasiyasının (IFRC) və Avropa İttifaqının (EU) maliyyə dəstəyi ilə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası “İqtisadi, ekoloji və sosial dayanıqlılıq sahəsində boşluqların azaldılması məqsədilə kənd yerlərində innovasiyaların təşviq edilməsi” (BRIDGES) layihəsini icra etməyi planlaşdırır. 

    Layihə 10 ay müddətində Füzuli rayonunun məcburi köçkünlər məskunlaşan 5 qəsəbə və ya kəndində təxmini 200 nəfər həssas qrupa daxil olan qadınlar və gənclər üçün dayanıqlı icma əsaslı inkişaf təcrübələrini təşviq etməklə onların sosial-iqtisadi və ekoloji cəhətdən gücləndirilməsinə dəstək olmağı nəzərdə tutur. Bu məqsədlə SOS Uşaq Kəndləri-Azərbaycan Assosiasiyası aşağıdakı vakansiya üçün iş elan verir. 

    Psixoloq (yarım ştat) – qadın benefisiarların emosional və psixoloji ehtiyaclarının qiymətləndirilməsi, psixi sağlamlıq xidmətlərinin göstərilməsi, təlim modullarının hazırlanması, təlim sessiyaları və psixoterapiya məsləhətlərinin verilməsi və müvafiq ictimai xidmətlərə yönləndirilməsinə məsuliyyət daşıyacaq. 

    Öhdəliklər:

    • Benefisiarların müəyyən edilməsi, məlumatların toplanması və uyğun gələnlərin layihəyə cəlb edilməsi prosesinə dəstək göstərilməsi. 
    • Benefisiarların sosial-iqtisadi vəziyyətinin qiymətləndirilməsi və müvafiq tədbirlərin planlaşdırılması prosesinə dəstək göstərilməsi.
    • Benefisiarlar üçün psixo-sosial mövzular üzrə təlim materiallarının hazırlanması, eləcə də təlimlərin və məlumat sessiyalarının keçirilməsi. 
    • Benefisiarlara fərdi və qrup halında ehtiyaclarına uyğun psixoloji xidmətlərin göstərilməsi və lazımi hallarda digər qurumlara yönəldilməsi.
    • Benefisiarlarla icma və qrup inkişafı işlərinin aparılmasına dəstək edilməsi. 
    • Layihə üzrə müvafiq məlumat və tanıtım materiallarının hazırlanmasına dəstək göstərilməsi. 
    • Layihə fəaliyyətləri, çətinliklər və uğurlar haqqında mütəmadi olaraq inkişaf hesabatlarının təqdim olunması.

     

    Tələblər:

    • Uyğun sahələr üzrə ali və ya orta ixtisas təhsili: psixologiya, sosiologiya və s.;
    • Yüksək səviyyədə komandada işləmə bacarıqları və azı 5 illik təcrübə;
    • İcma quruculuğu və ya sosial iş üzrə azı 5 illik təcrübə;
    • Kənd yerlərində icma inkişaf layihələrinin icrası və tərəfdaşlarla əlaqələrin qurulması üzrə azı 5 illik təcrübə;

     

    • Yüksək səviyyədə təlimçilik, kommunikasiya və şəbəkələşmə bacarıqları;
    • Azərbaycan dilində səlis danışmaq və qrammatik cəhətdən düzgün yazmaq bacarıqları; 
    • Regionda yaşaması və ya tanıması üstünlükdür.

     

    İş şərtləri:

    • Yarım ştat məşğulluq - 3 günlük iş həftəsi, saat 09:00-18:00.
    • İş yeri: Füzuli rayonu.
    • Əmək haqqı (vergilər və digər tutulmalar daxil): 348 CHF (Isveçrə Frankı). 
    • Azərbaycan Respublikasının əmək qanunvericiliyinə uyğun olaraq işçilərin uçotu aparılır.

     

    Təklifimiz: 

    Peşəkar və insan səriştəsinin ön planda olduğu beynəlxalq QHT iş mühiti və məsuliyyətli bir vəzifə.

       


    Müraciət etmək üçün müraciətinizi (motivasiya məktubu və CV) ən geci 10 May 2024-cü il tarixinədək cv@sos-az.org ünvanına mövzu hissəsində “  Psixoloq (yarım ştat) ” qeyd etməklə göndərməyiniz xahiş olunur.


    Nəzərə alın ki, yalnız qısa siyahıya alınmış namizədlərlə əlaqə saxlanılacaq!


    Onu da qeyd edək ki, SOS CV Azerbaijan-ın iş elanları yalnız www.azerweb.az saytında dərc olunur!

     

    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Oxşar vakansiyalar — Tibb və səhiyyə

    Bütün 30 vakansiya

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan