Application period has ended (1/19/2024). Education: 100 open vacancies
Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı layihəsinə Sosial Pedaqoq
Description
“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı layihəsinə Sosial Pedaqoq vəzifəsinə iş elanı verir: |
Qısa Müddətli Qayğı Layihəsində sosial pedaqoq 8 nəfər 3-14 yaşlı uşağın təlim-tərbiyə prosesini təşkil edir və həyata keçirir. Sosial pedaqoq layihə çərçivəsində qayğı görən hər bir uşağın fərdi planına əsasən hərtərəfli inkişafına məsuldur.
Bu vəzifəyə qəbul olunacaq namizəd uşaq və insan hüquqlarının qorunduğu bir təşkilatın üzvü olacağı üçün ondan məhkumluğun olub-olmamasına dair arayış və ötən iş yerlərindən xarakteristikalar (rəylər) tələb olunacadır. Uğurlu namizədin vəzifə üzrə bilik və bacarıqları ilə yanaşı müdafiəyə olan yanaşması da araşdırılacaq və qiymətləndiriləcəkdir
PROFİLİNİZ:
- Pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili;
- Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
- Uşaq psixologiyası üzrə bilik;
- İlkin tibbi yardım bacarıqları;
- Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
- Yüksək kommunikasiya bacarıqları;
- Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
- Kompüter biliyi (MS Office);
- Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
- Uşaqlara sosial, təhsil və sağlamlıq sahələrində lazımi dəstəyi göstərmək;
- Layihə çərçivəsində qayğı görən uşaqlar üçün müxtəlif məşğələlər təşkil etmək;
- Hər bir uşağın fərdi inkişaf planından çıxış edərək onun hərtərəfli inkişaf etməsini təmin etmək;
- Hər bir uşağın rifahı, təhlükəsizliyi və qayğı ilə əhatə olunması üçün məsuliyyət daşımaq;
- Müxtəlif məşğələlərdə inkişafetdirici mühitin yaradılmasını təmin etmək;
- Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanmasında iştirak etmək;
- Müxtəlif yaş qrup uşaqlarla iş qurmaq;
- Təhsil və səhiyyə ocaqları ilə əməkdaşlıq etmək.
- Layihə çərçivəsində göstərilən xidmətlər barədə tədbirlər planının hazırlanmasında iştirak etmək;
- Növbəli işləmək (gecələmək şərtilə 24 saatlıq (1 gün) iş, növbəti 72 saat (3 gün) istirahət günü olmaqla)
Uşaq Müdafiəsi:
- Uşaq Müdafiə Siyasətinə riayət etmək
- Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək
Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasəti üzrə:
- Cinsi zorakılıq, istismar və zorlama hallarının qarşısının alınması və bu kimi hallardan müdafiə siyasətinə riayət etmək
- Cinsi zorakılıq, istismar və zorlama halları ilə bağlı hesabatvermə və cavabvermə prosedurlarını tətbiq etmək
İŞ ŞƏRTLƏRİ:
- Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı);
- 360.00 AZN (vergilər daxil) əmək haqqı;
- Növbəli iş rejimi;
- Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 19 Yanvar 2024-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/QMQL_Sosial Pedaqoq” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Əlaqə nömrəsi: 055 227 47 25 Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız www.azerweb.az və www.jobsearch.az saytlarında yerləşdirilir! |
SOS Uşaq Kəndləri Azərbaycan
435 announcements
These are the organisation's own contacts. AZERWEB.AZ only publishes its announcements.
View Company Profile