Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Gəncə SOS Uşaq Kəndinə BAĞBAN

    5/20/2023Deadline: 5/26/2023Baku, Azerbaijan

    Description


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndinə


    BAĞBAN


       vəzifəsinə iş elanı verir:



    PROFİLİNİZ:

     

    • Orta və ya orta ixtisas təhsili
    • Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi
    • Bağa qulluq qaydalarına bələd olmaq
    • Təhlükəsizlik texnikasını bilmək və riayət etmək
    • Etik davranış qaydaları bilmək və riayət etmək
    • Məxfiliyin (uşaqların şəsi məlumatları və s.) qorunması bacarığı 
    • Uşaq hüquqları haqqında məlumatlılıq 
    • Məsuliyyət və dürüstlük

     

    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Uşaq Kəndi ərzisinin yaşıllıqlarına xidmət edilməsi (ağacların mövsumi budanması, suvarılması və s.) yeni yaşıllıq sahələrinin salınması
    • İş yerinin, iş alət, avadanlıq və vasitələrinin təmiz və işlək vəziyyətdə saxlanılması
    • Tullantıların toplanılması və ayrılmış sahəyə daşınması

     

    UŞAQ MÜDAFİƏSİ:

     

    • Uşaq Müdafiə Siyasətinə riayət etmək;
    • UKP layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək.

     

    İŞ ŞƏRTLƏRİ:

     

    • Ünvan/Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189 (3 saylı Təcili Tibbi yardım xəstəxananın yanı); 
    • 350.00 AZN əmək haqqı;
    • Həftədə 2 gün istirahət;
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV 26 May 2023-cü il tarixədək “Gəncə/Bağban” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi və ya 0552081202 nömrəsi ilə əlaqə saxlamağınızı xahiş edirik.



     

       

     

     




    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?