Skip to content

    Application period has ended (5/26/2023). Security: 33 open vacancies

    Vacancy

    Gəncə SOS Uşaq Kəndinə GÖZƏTÇİ

    5/19/2023Deadline: 5/26/2023Baku, Azerbaijan

    Description


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndinə


    GÖZƏTÇİ


       vəzifəsinə iş elanı verir:



    PROFİLİNİZ:

     

    • Orta və ya orta ixtisas təhsili
    • Əlaqədar sahə üzrə minimum 1-3 illik iş təcrübəsi
    • Təhlükəsizlik texnikasını bilmək və riayət etmək
    • Etik davranış qaydaları bilmək və riayət etmək
    • Məxfiliyin (uşaqların şəsi məlumatları və s.) qorunması bacarığı 
    • Uşaq hüquqları haqqında məlumatlılıq 
    • Məsuliyyət və dürüstlük

     

    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • SOS Uşaq Kəndində təhlükəsizliyi təmin etmək, mülkiyyətin mühafizəsinə cavabdeh olmaq
    • Qonaqları xoş qarşılamaq
    • Qonaqlarda və ətrafda yaşayanlarda müsbət ictimai təəssürat yaratmaq.
    • Qonaqların qeydiyyatını aparmaq
    • Filial icmasının faydalı üzvü olmaq
    • Uşaqlarla nümunəvi tərzdə davranmaq
    • Ərazinin axşam işıqlandırılmasını həyata keçirmək.

     

    UŞAQ MÜDAFİƏSİ:

     

    • Uşaq Müdafiə Siyasətinə riayət etmək;
    • UKP layihələrində zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək.

     

    İŞ ŞƏRTLƏRİ:

     

    • Ünvan/Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189 (3 saylı Təcili Tibbi yardım xəstəxananın yanı); 
    • 345.00 AZN əmək haqqı;
    • Növbəli iş rejimi;
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV 26 May 2023-cü il tarixədək “Gəncə/Gözətçi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi və ya 0552081202 nömrəsi ilə əlaqə saxlamağınızı xahiş edirik.



     

       

     

     




    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    View Company Profile

    Share

    Similar vacancies — Security

    All 33 vacancies