Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    PSİXOLOQ

    5/9/2023Deadline: 5/19/2023Baku, Azerbaijan

    Description



    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi UNİCEF Azərbaycanın maliyyə  dəstəyi ilə “Uşaq zorakılığının qarşısının alınması üçün icma-əsaslı xidmətlərin göstərilməsi layihəsi”nin icrası istiqamətində 

    PSİXOLOQ


       vəzifəsinə iş elanı verir

     

    Layihənin məqsədi icma əsaslı sosial iş və vəkillik xidmətləri göstərməklə zorakılığa (həmçnin gender zorakılığı) məruz qalan 200-ə yaxın həssas uşağa dəstək göstərmək, yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi ilə bağlı hüquqi yardım xidmətlərini təmin etmək, onların fiziki sağlamlığını və rifahını gücləndirməkdir.

     

    Psixoloq benefisiar uşaq və ailələrlə psixoloji işin aparılmasına məsuldur.

     

    PROFİLİNİZ:

     

    • Psixologiya sahəsində ali təhsil;
    • Zorakılığa məruz qalmış uşaq və ailələri ilə iş sahəsində azı 3 illik iş təcrübəsi;
    • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
    • Sosial və təşkilati bacarıqlar;
    • Stressə davamlılıq;
    • Komandada işləmək istəyi və bacarığı;
    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
    • Əlavə peşəyönümü təhsil (təlim, seminarlar);
    • Kompüter biliyi (MS Office)

     

    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Potensial benefisiar və qayğıgöstərənlərin cəlb edilməsi məqsədilə məlumat toplanılması və  məlumat bazasının doldurulmasında sosial işçiyə dəstək göstərmək;
    • Layihə işçiləri ilə koordinasiya şəklində benefisiarların psixo-sosial və hüquqi problemlərini müəyyən etmək üçün fərdi qiymətləndirmə aparmaq və bu problemlərin həlli istiqamətində psixoloji iş aparmaq;   
    • Hər bir benefisiar uşaqla keys idarəedilməsi prosesi çərçivəsində altı aya qədər empirik əsaslı dəstəkləyici psixo-sosial işin aparılması, həmçinin onların bacarıqlarının artırılması. Məs. özgüvənin artırılması, psixoloji rifahın təmin edilməsi, stressin idarə edilməsi haqqında məlumatlılığın artırılması, depressiya və narahatlıq, antisosial münasibətlərin və s. aradan qaldırılması; 
    • Benefisiarın qayğıgöstərənlərini uşaq psixologiyası, eləcə də zorakılıq, pis rəftar, sui-istifadə və laqeydliyin mənfi təsirləri barədə məlumatlandırmaq, onları iştirakçılığa  ruhlandırmaq, stiqmaları aradan qaldırmaq və ailənin adekvat fəaliyyətini, həmçinin icma ilə münasibətləri təşviq etmək;
    • Uşaq və onların qayğıgöstərənləri üçün ehtiyaclara əsaslanan çoxşaxəli fərdi, qrup və ailə terapiyaları təşkil etmək;
    • Layihə rəhbəri və işçi heyətini mütəmadi olaraq layihə fəaliyyətləri, çətinlik və uğurlar barədə məlumatlandırmaq.

     

    UŞAQ MÜDAFİƏSİ:

     

    • Uşaq Müdafiə Siyasətinə riayət etmək
    • Uşaq Kəndi Proqramlarında zorakılıq halları ilə bağlı hadisələrə “Uşaq müdafiəsi üzrə Hesabat vermə və cavab tədbirləri” prosedurunu tətbiq etmək

     

    İŞ ŞƏRTLƏRİ:

     

    • Ünvan/Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi 189 (3 saylı Təcili Tibbi yardım xəstəxananın yanı); 
    • 800.00 AZN (vergilər daxil) əmək haqqı;
    • Həftədə 2 gün istirahət;
    • Layihənin müdəti: 12 ay
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır)  19 May 2023-cü il tarixədək “Gəncə SOS Uşaq Kəndi/Psixoloq/UNICEF” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! 


    Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!



     

       

     

     



    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?