Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Gəncə SOS Uşaq Kəndi layihəsində əsas qayğı işçiləri ilə superviziya aparacaq Supervayzer

    2/13/2023Deadline: 2/20/2023Baku, Azerbaijan

    Description



    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə SOS Uşaq Kəndi layihəsində əsas qayğı işçiləri ilə superviziya aparacaq


    Supervayzer vəzifəsinə işçi elanı verir


      




    PROFİLİNİZ:

     

    • Psixologiya üzrə ali təhsil;
    • Fərdi (həmçinin qrup) konsultasiyalar keçirmək bacarığı;
    • Fərdi (həmçinin qrup) konsultasiyaların keçirilməsi üzrə təcrübə;
    • Mentorluq bacarığı;
    • Danışıqlar aparmaq bacarığı;
    • Əlavə peşəyönümlü təhsil (təlim, seminarlar);
    • Kompüter biliyi (MS Office);

     

    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Fərdi və qrup superviziyaları (konsultasiyaları) həyata keçirmək;
    • Şəxsi inkişafa dəstək göstərmək;
    • Şəxslərin emosional vəziyyəti barədə məlumat vermək;
    • Təşkilatın şəxsə dəstək verə biləcəyi məsələlərlə bağlı tövsiyyələr vermək;
    • Təşkilatın məramına uyğun məqsəd, hədəf və xidmətlərlə bağlı əməkdaşlarla müzakirələr aparmaq, aylıq performansı nəzərdən keçirib, bununla bağlı rəy vermək;
    • Performansın yaxşılaşdırılması üçün əməkdaşları motivasiya etmək və istiqamətləndirmək;
    • Əməkdaşların ehtiyaclarını, çətinliklərini, eləcə də, onlara dəstək verilməsi yollarını müəyyənləşdirmək;
    • İşçilər arasında əməkdaşlığın gücləndirilməsi və pozitiv iş mühitinin formalaşdırılması üçün dəstək vermək;
    • Əməkdaşlarda emosional yanma sindromu olduqda bunun üçün fərdi konsultasiya keçirmək, eləcə də bu cür halların yaşanmaması üçün qrup görüşlərində tövsiyələr vermək;
    • Əməkdaşların özünüdərk, sosial bacarıqlar, stressə qarşı dözümlülük, vaxtın idarə edilməsi və s. ilə bağlı bacarıqlarının artırılması üçün dəstək vermək;
    • Komandaya yeni işçi qoşulduqda fərdi görüş keçirir, ona öz rolunu anlamağa kömək edir və qrupa adaptasiya üçün təklif və tövsiyələr verir;
    • İşçilər arasında olan problemləri müəyyənləşdirmək və mübahisələrini həll etməyə onlara kömək etmək;
    • İş yerindəki problemləri müəyyən etmək və bu barədə cavabdeh şəxsləri məlumatlandırmaq.

     

    Ünvan:

     

    • Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi, 189, (3 saylı xəstəxananın arxası).





    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır 20 Fevral 2023-cü il tarixədək “Gəncə SOS Uşaq Kəndi/Supervayzer” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.



    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır!



    Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!



     

       

     

     




    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?