Məzmuna keç

    Müraciət müddəti bitib (1/14/2022). Tibb və səhiyyə: 30 açıq vakansiya

    Vakansiya

    Bakı SOS Uşaq Kəndinə PSİXOLOQ

    1/7/2022Son tarix: 1/14/2022Baku, Azerbaijan

    Təsvir


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndinə


    PSİXOLOQ


       vəzifəsinə iş elanı verir:

     

    Uşaq Kəndi Psixoloqu SOS Uşaq Kəndi Proqramlarında hər bir uşaq və gəncə psixoloji xidmətin göstərilməsi və onlarla iş prosesində yaranmış problemlərin həllində əsas qayğı işçilərinə köməklik etməyə məsuldur.

     

    PROFİLİNİZ:

     

    • Psixologiya sahəsində ali təhsil;
    • Uşaq və ya gənclərlə iş sahəsində azı 3 illik iş təcrübəsi;
    • Məsləhət vermək və danışıqlar aparmaq bacarığı;
    • Sosial və təşkilati bacarıqlar;
    • Stressə davamlılıq;
    • Komandada işləmək istəyi və bacarığı;
    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
    • Əlavə peşəyönümü təhsil (təlim, seminarlar);
    • Kompüter biliyi (MS Office);
    • Azərbaycan dili biliyi (Rus dilini bilən namizədlərə üstünlük verilir).

     

    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Uşaq qəbulu prosesində psixodiaqnostikanı həyata keçirmək;
    • Uşaqların adaptasiya dövrünü izləmək məqsədilə plan tərtib etmək və onun həyata keçirilməsini təmin etmək;
    • Müxtəlif növ üsullardan, testlərdən, müsahibələrdən və davranışın birbaşa müşahidə olunması üsulundan istifadə edərək uşaq və gənclərin ehtiyaclarının, bacarıqlarının və ya davranışlarının qiymətləndirilməsini təmin etmək və onlar ilə diaqnostik, terapevtik, inkişafetdirici və konsultativ işlər aparmaq;
    • Uşaqların və gənclərin Keys Menecment prosedurunda sosial işçilərə dəstək olmaq;
    • Böyük yaşlı uşaqlarla peşəyönümü testlərinin kecirilməsini təmin etmək;
    • Uşaqlar üçün psixoloji təlimlər təşkil etmək;
    • Müntəzəm olaraq uşaqların psixoloji vəziyyətini əks etdirən hesabatlar təqdim etmək;
    • Uşağın layihəni tərk etmə mərhələsində ona psixoloji dəstək olmaq;
    • Əsas qayğı işçilərinin professional səviyyəni təkmilləşdirilməsi məqsədilə görüşlər təşkil etmək, psixoloji məsləhətlər vermək, onlara uşaqlar və gənclərlə iş prosesində yaranmış problemlərin həllində köməklik etmək.



    İŞ ŞƏRTLƏRİ:

     

    • Ünvan/Bakı şəhəri, Xətai rayonu, Sadıqcan küçəsi 27a (Həzi Aslanov metrosu yaxınlığı)
    • 850 AZN (vergilər daxil) əmək haqqı;
    • Həftədə 2 gün istirahət;
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 




    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV və motivasiya məktubunuzu (yalnız elektron ərizələr nəzərə alınır) 14 Yanvar 2022-ci il tarixədək “Psixoloq/Bakı SOS Uşaq Kəndi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik.


    Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! 


    Qeyd: SOS Uşaq Kəndləri Azərbaycanın iş elanları yalnız azerweb.az və jobsearch.az saytlarında yerləşdirilir!



     

       

     

     




    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 elan

    Bunlar təşkilatın öz əlaqə məlumatlarıdır. AZERWEB.AZ yalnız onun elanlarını dərc edir.

    Şirkət profili

    Paylaş

    Oxşar vakansiyalar — Tibb və səhiyyə

    Bütün 30 vakansiya

    SOS Uşaq Kəndləri Azərbaycan: digər elanlar

    Bütün 435 elan