Skip to content
    AZERWEB.AZ
    CompaniesProfessionsResumeTariffsContacts
    Add announcement
    AZERWEB.AZ

    The leading platform for job vacancies, tenders, and educational opportunities in Azerbaijan.

    Quick Links

    CompaniesResumeTariffsAboutContacts

    Categories

    VacanciesVacancies by professionTelegram botTendersEducation

    Contact

    Farid Farhadov

    [email protected]+994 55 669 68 89

    © 2026 AZERWEB.AZ. All rights reserved.

    Privacy PolicyTerms of Service
    VACANCY

    Gəncə Şəhər filialı Günərzi Qayğı Mərkəzi layihəsinə TƏRBİYƏÇİ KÖMƏKÇİSİ

    10/15/2021Deadline: 10/25/2021Baku, Azerbaijan

    Description


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. 


    “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Gəncə Şəhər filialı Günərzi Qayğı Mərkəzi layihəsinə


    TƏRBİYƏÇİ KÖMƏKÇİSİ


    vəzifəsinə iş elanı verir:

     

    Tərbiyəçi köməkçisi qrupda aparılan təlim, tərbiyə prossesində tərbiyəçilərə lazımi dəstək göstərir, ehtiyac yarandıqda tərbiyəçini əvəz edir. Tərbiyəçi köməkçisi hər bir uşağın fərdi xüsusiyyətlərini öyrənir, onlara qarşı mehribanlıq və yüksək həsaslıq hissi nümayiş etdirir. O, öz qrupunda kurikulum standartlarının həyata keçirilməsi və təlim-tərbiyə mühitinin yaradılmasına həmçinin tərbiyəçiyə dəstək göstərməyə məsuldur. Qrupun təmizliyinə, gigiyena qaydalarının izlənilməsinə riayət edir. O, vaxtlı-vaxtında uşaqlara qidanın paylanmasını həyata keçirir və yeməklərin yeyilməsi zamanı uşaqlara yardım göstərir. 



    PROFİLİNİZ:

     

    • Pedaqoji sahə üzrə Ali/Orta İxtisas Təhsili. Məktəbəqədər təhsil sahəsinə üstünlük verilir;
    • Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
    • İlkin tibbi yardım bacarıqları;
    • Uşaq psixologiyası üzrə bilik;
    • Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
    • Yüksək kommunikasiya bacarıqları;
    • Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.



    VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:

     

    • Tərbiyəçinin rəhbərliyi altında məşğələlərin hazırlanması və təşkilində köməklik göstərmək; 
    • Uşaqların soyunub-geyinməsində, yuyunmasında, yedizdirilməsində, yatağa salınmasında, gəzintiyə çıxarılmasında köməklik etmək;
    • Öhdəsinə verilmiş uşaqların fərdi xüsusiyyələrini yaxından öyrənmək;
    • Qrupunda olan hər bir uşağın fiziki rifahı, qayğı ilə əhatə olunması və təhlükəsizliyi üçün məsuliyyət daşımaq;
    • Uşaqların valideynləri ilə sıx əməkdaşlıq etmək və mütəmadi olaraq valideyn iclaslarında iştirak etmək;
    • Qrupda sanitar-gigiyena qaydalarına riayət etmək;
    • Uşaqların şəxsi gigiyenasına xüsusi diqqət yetirmək;
    • Bütün mələfələri nişanlamaq, yataq dəstlərini, dəsmalları həftədə 1 dəfə dəyişmək və yuyulması üçün xadiməyə təhvil vermək;
    • Qrup otağının təmizliyinin qorunasına dəstək göstərmək (zibil qablarının təmizlənməsi, mebellərin tozunun alınması, qrup otaqlarındakı stolların yeməkdən (xüsusilə axşam yeməyi) sonra xüsusi əski ilə silinməsi və s);

     

    İŞ ŞƏRTLƏRİ:

    • Ərazi – Gəncə şəhəri, Azərbaycan bayrağı küçəsi (Əhməd Cəmil) 189;
    • 300-350 AZN (vergilər daxil) əmək haqqı;
    • Həftədə 2 gün istirahət;
    • Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.

     

    TƏKLİFİMİZ:

     

    “SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır. 

     


    Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 25 Oktyabr 2021-ci il tarixədək “Gəncə şəhər Filialı/Tərbiyəçi köməkçisi” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik. 


                                         


                        Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! 


    Qeyd: SOS Azərbaycanın iş elanları yalnız www.azerweb.az  və www.jobsearch.az

     saytlarında yerləşdirilir.



     

       

     

     




    SOS Uşaq Kəndləri Azərbaycan

    SOS Uşaq Kəndləri Azərbaycan

    435 announcements

    Nizami küçəsi, 137
    https://soschildren.az/[email protected](+994) 12 498 82 98
    View Company Profile

    Share

    WhatsAppTelegram

    Apply in one minute

    No account needed — we create one for you.

    We'll create a free account and email you the password. Already registered?