“SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası “SOS Kinderdorf” beynəlxalq humanitar təşkilatı və Azərbaycan hökuməti arasında imzalanmış razılaşmaya əsasən 1999-cu ildə yaradılmışdır. Təşkilatın əsas məqsədi valideyn himayəsindən məhrum olan uşaqlara ailə əsaslı qayğı göstərməkdən, həmçinin atılma riski altında olan uşaqların sosial rifahını təmin etmək məqsədilə müxtəlif tədbirlər həyata keçirməkdən ibarətdir. Hazırda Assosiasiyanın Bakı və Gəncə Uşaq Kəndləri Proqramı çərçivəsində bir sıra sosial layihələr uğurla fəaliyyət göstərir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası, BMT-nin Uşaq Hüquqları Konvensiyasına əsaslanaraq, öz fəaliyyətində Uşaq Müdafiəsi siyasətini həyata keçirir. “SOS Uşaq Kəndləri-Azərbaycan” Assosiasiyası ictimai birliyi Bakı SOS Uşaq Kəndi Qısa Müddətli Qayğı layihəsinə Sosial Pedaqoq vəzifəsinə iş elanı verir: |
Qısa Müddətli Qayğı Layihəsində sosial pedaqoq 8 nəfər 3-14 yaşlı uşağın təlim-tərbiyə prosesini təşkil edir və həyata keçirir. Sosial pedaqoq layihə çərçivəsində qayğı görən hər bir uşağın fərdi planına əsasən hərtərəfli inkişafına məsuldur.
PROFİLİNİZ:
Pedaqoji sahə üzrə ali və ya orta ixtisas təhsili;
Əlaqədar sahə üzrə minimum 2 il iş təcrübəsi;
Uşaq psixologiyası üzrə bilik;
İlkin tibbi yardım bacarıqları;
Uşaq hüquqları və uşaq müdafiəsi haqqında məlumatlılıq;
Yüksək kommunikasiya bacarıqları;
Kollektivdə çalışmaq və yardım etməyə hazır olmaq;
Kompüter biliyi (MS Office);
Azərbaycan dili biliyi. Rus dili biliyi arzuolunandır.
VƏZİFƏ VƏ ÖHDƏLİKLƏR:
Layihə çərçivəsində göstərilən xidmətlər barədə tədbirlər planının hazırlanmasında iştirak etmək;
Uşaqlara sosial, təhsil və sağlamlıq sahələrində lazımi dəstəyi göstərmək;
Layihə çərçivəsində qayğı görən uşaqlar üçün müxtəlif məşğələlər təşkil etmək;
Hər bir uşağın fərdi inkişaf planından çıxış edərək onun hərtərəfli inkişaf etməsini təmin etmək;
Hər bir uşağın rifahı, təhlükəsizliyi və qayğı ilə əhatə olunması üçün məsuliyyət daşımaq;
Müxtəlif məşğələlərdə inkişafetdirici mühitin yaradılmasını təmin etmək;
Uşaqların Fərdi İnkişaf Planlarının hazırlanmasında iştirak etmək;
Müxtəlif yaş qrup uşaqlarla iş qurmaq;
Təhsil və səhiyyə ocaqları ilə əməkdaşlıq etmək.
İŞ ŞƏRTLƏRİ:
Ərazi – Bakı şəhəri;
300-360 AZN (vergilər daxil) əmək haqqı;
Növbəli iş rejimi;
Azərbaycan Respublikası Əmək Qanunvericiliyinə uyğun işçi qeydiyyatı.
TƏKLİFİMİZ:
“SOS Uşaq Kəndləri – Azərbaycan” Assosiasiyası ictimai birliyi Beynəlxalq Təşkilatın nümayəndəliyi olaraq QHT mühitində öz işçilərinə geniş inkişaf imkanları yaradır.
Namizədliyinizi uyğun hesab edirsiniz? Müraciət ərizələrinizi/CV (yalnız elektron ərizələr nəzərə alınır) 7 may 2010-ci il tarixədək “Bakı SOS Uşaq Kəndi/QMQL_Sosial Pedaqoq” adlı başlıqla cv@sos-az.org e-poçt ünvanına göndərməyinizi xahiş edirik. Əlaqə nömrəsi: 055 227 47 25 Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır! |

435 announcements